“Bu gün əhalinin 80 faizə yaxını ərzağı şəbəkə marketlərdən alır, onlar da ƏDV ödəyicisidir, ona görə də bu gün istənilən vətəndaş 100 manatlıq ərzaq alanda 118 manat ödəməyə məcbur olur".
Bakupost.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.
Ekspert bildirib ki, ölkənin bir nömrəli gündəmi inflyasiya və qiymət artımı, bununla mübarizə üçün atılacaq addımlar, təkliflər olmalıdır.
"Biz deyirik ki, vətəndaş 100 manatlıq ərzaq alanda buna 2 manat ƏDV ödəsin, yerdə qalan 16 manatını da başqa dərdinə-sərinə xərcləsin. Hökumətdən cavab gözlədiyimiz halda bu təklifə hökumətərfanı qüvvələrdən cavab gəlir”, deyə o vurğulayıb.