Fevralın 24-dən sonra Rusiyada fəaliyyətini məhdudlaşdırmaq qərarına gələn iyirmidən çox beynəlxalq şirkət adını dəyişərək işlini davam etdirir. Onlardan bəziləri loqosunu latın əlifbasından kiril əlifbasına dəyişdirib (“L’Occitane” – “л’Окситан”) , digərləri isə adının yalnız baş hərflərini saxlayıb (“Reserved” – “RE”). Teref.az Banker.az-a istinadən xəbər verir ki, ölkəni həmişəlik tərk etmiş şirkətlərin yeni sahibləri loqonu kökündən dəyişib. Məsələn, “McDonald’s” restoranlar şəbəkəsi “Vkusno i Tochka”, “Shell” isə “Teboil” olub. Rusiyada adını dəyişmiş brendlərin tam siyahısı:
Geyim və kosmetika
L’Occitane – л’Окситан
Reserved – RE
Cropp – CR
House – XC
Mohito – M
Sinsay – Син
Levi’s – JNS
Maliyyə şirkətləri
Zurich – Turikum
EY – Б1
Deloitte – Деловые решения и технологии
PwC – Технологии доверия
Yanacaqdoldurma məntəqələri şəbəkələri
Shell – Teboil
Hotellər
The Ritz-Carlton – The Carlton Moscow
Crowne Plaza Moscow WTC – Plaza Garden Moscow WTC
Holiday Inn Express Moscow Khovrino – Satelinn Moscow Khovrino