Saatlıq minimum əmək haqqı işçinin əməyini qoruyan sistemdirmi? - AKTUAL
Bu ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əmək haqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması nəzərə tutulub. Qeyd edək ki, bu “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun tənzimlənir və Əmək Məcəlləsinin 90-cı maddəsinə görə əgər, Azərbaycan Respublikasının ərazisində altı günlük iş həftəsi olanda həftəlik norma 40 saat olursa, gündəlik iş saatı yeddi saat, həftəlik 36 saat olursa, gündəlik norma altı saatdan çox ola bilmir. Eyni zamanda, ümumiyyətlə Azərbaycan Respublikasının ərazisində həftəlik norma 40 saat müəyyən olunub.

“Əmək Məcəlləsinin 149-cu maddəsinə görə,əməyin işəmuzd ödənilməsi ilə bərabər əməyin ödənilməsində, saatlıq tarif normaları da tətbiq oluna və ümumi hasilatın saatlıq formada bölünməsilə müəyyən oluna bilər. Tutaq ki, işçi işə gəldiyi zaman onun əgər səkkiz saatlıq iş günü varsa, onun gündəlik əmək haqqı hər saata uyğun olaraq hesablanır. İşçiyə daxil olduğu vaxtdan başlayaraq, işini tərk etdiyi vaxta qədər saat miqdarı müəyyən olunur və onun gündəlik müəyyən olunan iş saatının dəyərinə vurulmaqla həmin gün üçün işçinin ödənişi qeydiyyata alınır”-deyə Ramil Süleymanov qeyd edib.

Hüquqşünasın sözlərinə görə, əgər vaxtamuzd ödəmə sistemi ilə işçinin əmək haqqı nəzərdə tutulmuş müddətdən daha çox olduqda hər saat ikiqat məbləğlə hesablanır: “Həm özəl sektor, həm dövlət sektorunda çalışan işçilər üçün birbaşa şamil olunduğunu nəzərə alsaq, saatlıq tarif normalarına keçid və ya saatlıq tarif normaları əsasında hesablanma hər iki sektor üçün keçərlidir. Təsdiq olunmuş tarifə uyğun olaraq, bunun hesablanması mühasiblər tərəfindən həyata keçirilir”.

Bölmənin digər xəbərləri

14 Mart 2025 "Saatlıq minimum əməkhaqqı mövzusu təklifdən "irəli" getmir"
14 Mart 2025 Türkiyədən Azərbaycana milyonlarla siqaret gətirilib – “Paçka”sı 64 qəpiyə
14 Mart 2025 Emsan Azərbaycandan alış-veriş etdilər ƏDV GERİ ALA BİLMƏDİLƏR
14 Mart 2025 Akkordu 1,3 milyon manatlıq şirkəti - MÜFLİS ELAN EDİLİR
13 Mart 2025 “Çox şadam ki, neftin qiyməti düşməyə başlayıb” –Trampdan açıqlama
13 Mart 2025 Əhali "Bank Respublika"dan pullarını geri çəkir, qurumun nağd vəsaitləri azalır - DETALLAR
12 Mart 2025 Tramp gömrük rüsumlarını 50 faizədək artırdı
12 Mart 2025 Yüzmilyonlar xərclənən bahalı inzibati binalar şəhəri: - "Bir damcı" pul var, gələcəyi düşünən yoxdur
12 Mart 2025 Təhlükəli “anti-depressant”: qiymət artımı və qadağa kömək eləmir - ARAŞDIRMA
11 Mart 2025 Azərbaycanda 5 manatlıq şirkətin 178 min manata yaxın - VERGİ BORCU VAR
11 Mart 2025 "Azpulmat" və "Manato"dan pul götürənlər kimlərdir? - Banklar onları niyə qəbul etmir?
10 Mart 2025 Bu təqaüdlər artırıldı
10 Mart 2025 Novruz bayramı ərəfəsində çərəzlərin qiyməti - VİDEO
08 Mart 2025 Rusiya Azərbaycana 27 milyonluq mal göndərənə cinayət işi açdı - Rusiya KİV
07 Mart 2025 Bazarda nə baş verir: - Qəfil ucuzlaşma, yoxsa?
07 Mart 2025 Maskın sərvəti 110,8 milyard dollar azaldı – “Forbes”
07 Mart 2025 Eyni kərə yağı Azərbaycanda 4,9, Ermənistanda 4,3, Grücüstanda isə 3 dollara satılır - AXI NİYƏ?
06 Mart 2025 SU TARİFLƏRİ DƏYİŞDİRİLƏCƏK... - "Artıq qanun layihəsi hazırlanıb"
06 Mart 2025 S&P 2025-ci ildə Azərbaycanın xarici borcunu 6,6 milyard dollar səviyyəsində proqnozlaşdırır
06 Mart 2025 Könlü balıq istəyənin quyruğu suda, ya da ayağı bazarda ola – Qıtlığın SƏBƏBLƏRİ

Dünyapress TV

Xəbər lenti