Azərbaycan özünü niyə kartofla təmin edə bilmir? - Ekspert danışır...
İrandan Azərbaycan bazarına gətirilən kartofun digər xarici ölkələrlə müqayisədə bazar payı artıb.

Kartof bazarındakı qiymətlərdə isə kəskin artım gözlənilmir.

Qeyd edək ki Azərbaycanda kənd təsərrüfatının ən gəlirli sahələrindən sayılan kartofçuluğa maraq həmişə yüksək olub. Hazırda kartof Azərbaycanın əksər rayonlarında, o cümlədən Gəncə-Qazax, Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz və digər ərazilərdə əkilir.

Bildirilir ki, ölkəmizdə bu sahədə ixtisaslaşan bölgələr, irili-xırdalı təsərrüfatlar daxili bazarda məhsul bolluğuna mühüm töhfələr verməklə yanaşı, bir çox hallarda Azərbaycan kartofunun şöhrətini xarici ölkələrdə tanıda biliblər. Təsadüfi deyil ki, son illər ölkəmizdən ixrac olunan meyvə-tərəvəz məhsullarının sırasında kartofun da öz payı var.

Bəs Azərbaycan özünü niyə kartofla təmin edə bilmir?

Mövzu ilə bağlı fikirlərini “Cebhe.info”-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycan özünü kartofla təmin edə bilər:

“Lakin mövsümi amillərlə bağlı olaraq bu mühüm ərzaq məhslunun idxalında dəyişiklilklər baş verir. Belə ki, noyabr-dekabr aylarında baş verən kartofla təminatında azalma adətən, aprel-may aylarınadək davam edir. Bu səbəbdən də daxili bazarda kartofla bağlı müəyyən qıtlıq müşahidə olur. Nəticədə kartofun ölkəyə idxalındə müəyyən qədər artım baş verir. Bildirim ki, Rusiya və digər ölkələrə yazda kartof ixrac edirik. Payız fəslində isə bir hissəsini Rusiyadan, İrandan və Belarusiyadan idxal edirik.

Ekspert vurğulayıb ki, daxili bazarı kartofla təmin etmək üçün müəyyən üsullardan istifadə edilməlidir:

“Belə ki, kartof ixracına müəyyən qədər kvota sistemi tətbiq edilə bilər. O zaman kartofun daxili bazarda payı və qiymətlərdə isə ucuzlaşması baş verər. Bu üsullar yalnız kartofa deyil, digər məhsulların ixracına da tətbiq edilərsə, o zaman daxili bazarda meyvə və tərəvəzlərin qiymətində müəyyən qədər ucuzlaşma müşahidə olunar”.

Ekspert qeyd edib ki, kartof istehsalı dövlət tərəfindən dəstəklənməlidir:

“Hər il qış aylarından başlayaraq yaza qədər daxili bazarda kartof tükətmiş olur. Bu səbəbdən də ölkə daxilində növbəti mövsümə qədər kartofun ixracına müəyyən kvota qoyulmalıdır ki, daxili bazarda kartofu saxlamaq mümkün olsun”.

 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Möhtəkirlərdən daha bir SÜNİ BAHALAŞMA - RƏSMİ İFŞA
20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı

Dünyapress TV

Xəbər lenti