Bu il fevralın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,3 bənd təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu, aylıq müqayisədə 0,3 bənd, ötən il fevralın 1-i ilə müqayisədə isə 7,4 bənd çoxdur. Yanvarın sonuna manatın real effektiv məzənnəsi isə 121,5 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,1 bənd, illik müqayisədə isə 0,1 bənd çoxdur.