Avtomobil dünyasında adlarını qızıl hərflərlə tarixə yazan “Ferrari” və “Lamborghini” markaları haqqında maraqlı fakt var. “Lamborghini” markasının qurucusu Ferruccio Lamborghini əvəllər traktor istehsal edirdi.
Avtosfer.az xəbər verir ki, baş verən maraqlı hadisə nəticəsində traktordan idman avtomobilləri istehsalına başlanılıb.
Belə ki, “Ferrari” markalı avtomobillərin muftasında dəfələrlə problem yarandığını görən Ferruccio Lamborghini birbaşa “Ferrari”nin qurucusu Enzo Ferrari ilə görüşmək istəyib. Lakin aldığı cavab çox təsirli olub. Ona bildirilib ki, traktor istehsalçısı “Ferrari”ni tənqid edə bilməz.
Bu cavab elə təsirli olur ki, traktor istehsalçısı olan Ferruccio Lamborghini idman avtomobilləri istehsal etməyə başlayır. Nəticədə bu marka dünya brendinə çevrilir.