Universitetlərdə pullu təhsil nə zaman ləğv olunacaq? - Ekspert danışır
“Bu il ali təhsil müəssisələrində 28 min yer ödənişsiz olacaq. Bu da ümumi plan yerlərinin 51 faizini təşkil edir. Bütün hallarda təxminən 25 minə yaxın plan yeri ödənişli olacaq. Son 7 il ərzində 5 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub”.

Bunu təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Qeyd edək ki, dövlət ali təhsil müəssisələrində ödənişli qəbul planı ictimaiyyət tərəfindən də birmənalı qarşılanmır.

Sosial şəbəkələrdə isə mövcud sistemlə bağlı belə fikirlər səslənir ki, əgər həmin tələbənin maddi imkanı olsaydı, özəl universitetdə təhsil alardı. Niyə dövlət univertitetləri ödənişli olmalıdır?

Bildirək ki, məhz dövlət universitetlərində ödənişli təhsil səbəbindən bir çox tələbələr həm təhsili yarımçıq qoymalı, həm də xaricə üz tutmalı olurlar. Bu problem nə zaman öz həllini tapacaq və nə zaman dövlət ali təhsil müəssisərində 100 %-lik ödənişsiz təhsil sisteminə keçmək mümkün olacaq?

TEREF.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirdi ki, bu istiqamətdə sosial yönümlü siyasət yeridirik, büdcə artdıqca sosial sahəyə, o cümlədən təhsilə ayrılan vəsait artır:

“Ümumiyyətlə, dünyanın bir çox ölkələrində dövlət universitetlərində ödəniş yoxdur. Özəl universitetlər, digər təhsil müəssisələrində başadüşüləndir. Təəssüf ki, ölkəmizdə bütün dövlət təhsil müəssisələrində ödəniş var, həm də bu ödəniş ödənişsiz ixtisasları üstələyir.

Dünyanın bir sıra ölkələri ilə müqayisədə bizdə ödəniş yüksəkdir. Ona görə də “beyin axını”nın əsas səbəblərindən biri də bu ödənişin yüksək olmasıdır. Bu baxımdan Rusiyanın, Ukraynanın, Türkiyənin və digər ölkələrin universitetlərinə təhsil almağa gedirlər.

Statistikaya baxanda ölkədə dövlət sifarşli yerlərin sayı artırılır. Bir halda ki, bizim təhsil siyasətində əsas məqsəd kimi ali təhsilin hamı üçün əlçatan olması, neft kapitalının insan kapitalına çevrilməsini qoymuşuqsa, bu kurs diqtə edir ki, imkan daxilində ödənişsiz təhsil şəbəkəsini genişləndirək.

Burada tələbə kreditləri əlavə yardımdır. Yaxud aztəminatlı, şəhid ailəsi, qazilərə müəyyən imtiyazların verilməsi kimi bu sahədə müəyyən dinamika ildən-ilə hiss olunur. Əgər adında dövlət sözü varsa, demək ki, bu dövlət universitetidir. Yəni bu, dövlətindirsə, burada ödəniş olmamalıdır.

Dünya təcrübəsində elə ölkələr var ki, universitet dövlət himayəsindədirsə, onu dövlət təmin edir. Fakt odur ki, ötən illərlə müqayisədə bu sahədə müəyyən irəliləyişlər var. Ümid etmək olar ki, ildən-ilə ödənişsiz yerlərinin sayını artırmaqla tamamilə buna keçmək olar”.

Ekspertin sözlərinə görə, digər bir məsələ də var ki, bizdə 4 universitet publik hüquqi şəxs elan olunub:

“Onlar öz müqəddəratını həll etməlidirlər. Bəzi kolleclərə, Dövlət İmtahan Mərkəzinə belə status verilib. Dünya təcrübəsini götürüb belə bir addım atırıq.

Məsələn, elə xarici universitetlər var ki, publik hüquqi şəxs statusundadır, ancaq onların büdcəsi bizim ölkənin büdcəsindən qat-qat çoxdur. Bizdə də universitetlərin publik hüquqi şəxs olması o baxımdan yaxşıdır ki, özlərini saxlasınlar, əlavə gəlir əldə etsin. Ancaq biz buna nə qədər hazırıq, universitetlərimiz nə qazanır, nə kəşfləri, ixtiraları var ki, özlərini saxlasınlar, tələbəyə təqaüd versinlər, əməkhaqqı versinlər.

Dünya təhsil sisteminə inteqrasiya olunuruq, 30 ildən artıqdır ki, müstəqillik əldə etmişik və bəzən bizi universitetlərimizin dünyanın yüksək reytinq siyasına düşməməkdə ittiham edirlər. Əslində biz hələ keçid dövrünü yaşayırıq. Biz özümüzü bəzən çalışırıq Harvard, Oksford kimi universitetlərlə müqayisə edək. Həmin ali təhsil ocaqlarının əsrlərlə tarixi var.

Universitetlərimizdə olan zəif inkişaf Milli Məclisdə də dəfələrlə dilə gətirilib. Elm və Təhsil Nazirliyinin müavini də bildirib ki, universitetlərin işini yenidən qurmalıyıq. Əgər ali təhsilin əlçatan olması kursunu götürmüşüksə, tanınmış universitetlərlə rəqabətyönümlü siyasət yürüdürüksə, şübhəsiz ki, dövlətin dəstəyi lazımdır.

İnkişaf yalnız kadr potensialı ilə deyil, bunun üçün maddi-texniki baza, infrastruktur lazımdır. Son 10 ildə büdcədən təhsilə ayrılan vəsait artırılır. Arzuolunandır ki, dövlət universitetlərində ödənişlər ləğv edilsin. Heç olmasa, tədicən bu minimuma endirilməlidir. Heç bir dövlət üçün “beyin axını” yaxşı hal deyil.

Məsələn, beynəlxalq olimpiadalarda qaliblərin böyük əksəriyyəti çinli, koreyalı olur. Yəni gəlib vətəndaşlıq alıblar və onların hesabına ABŞ beynəlxalq yarışlarda qalib olur. Nəyə görə bizim də gənclərimiz xaricə axın etməli, o ölkələri təmsil etməlidirlər. Biz çalışmalıyıq ki, yetirmələrimiz Azərbaycanda oxusunlar, burada qalsınlar.

Ali məktəbə yüksək balla qəbul olsa da, bəziləri ödəniş məsələsinə görə təsdiqlətmir, yaxud I, II kursdan ödəniş edə bilmədiyinə görə təhsildən yayınır.

Universitetlər də tələbəni başa düşməlidir. Elə universitetlər var ki, birdəfəlik ödənişi güzəştə gedirlər, ancaq bəziləri bunu etmir və tələbə də məcbur olub təhsilini yarımçıq qoyur. İldən-ilə dövlət hesabına yerlərin sayı artırsa, yəqin ki, tədricən dövlət universitetlərində ödənişsiz təhsil sisteminə keçmək olar”.

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 İlon Mask yenidən dünyanın ən varlı adamı seçili
24 Noyabr 2024 Azərbaycanda ictimai iaşə dövriyyəsi 11 % artıb
23 Noyabr 2024 Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır – Peskov
22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
16 Noyabr 2024 ABB ilə AYİB arasında imzalanan 85 milyon manatlıq saziş hansı məqsədlər üçün nəzərdə tutulub?
16 Noyabr 2024 Azərbaycanda ən çox və ən az gəlir əldə edən otellər bu rayonlarda yerləşir – Siyah
16 Noyabr 2024 Neft qiymətlərinin aşağı düşəcəyi proqnozlaşdırılır - Devalvasiya olacaqmı?

Dünyapress TV

Xəbər lenti