Rusiyada soğanın qiyməti rekord qırdı Rusiyada soğanın qiyməti 2000-ci ildən bəri ilk dəfə kiloqramı 70 rublu ötüb.
Bu barədə RBC yazıb.
Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi yaxın gələcəkdə qiymət endiriminin gözlənilə biləcəyini bildirib.
Nəşrdə soğanın qiymətinin belə qalxmasını Mərkəzi və Mərkəzi Asiya ölkələrində qışın qeyri-normal soyuq keçməsi ilə əlaqədar məhsul itkisi ilə izah ediblər. Həmçinin qeyd edilir ki, hələ 2022-ci ilin may ayında soğanın qiyməti son 20 ildə rekord qırıb.
"Rosstat"ın məlumatına görə, 2023-cü ilin may ayında Rusiyada bir kiloqram soğan ruslara orta hesabla 73,3 rubla başa gəlib. Eyni zamanda qeyd olunur ki, yazın sonu və yayın əvvəlində soğan digər mövsümi tərəvəzlər kimi həmişə bahalaşır, lakin qiymət monitorinqi başlayandan bəri ilk dəfə olaraq 70 rubl həddini keçib.
Ümumilikdə, son on ildə soğanın qiyməti 30-40 rubl diapazonunda olub və hətta ötən ilin mayında sanksiyalar fonunda tərəvəzin qiyməti 2023-cü illə müqayisədə 29 faiz aşağı olub. \\Redaktor