APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, Dövlət Departamenti Belarusda demokratiyanın pozulmasında fəaliyyətlərinə görə 14 Belarus rəsmisinə viza məhdudiyyəti tətbiq edir.
Qeyd olunub ki, ABŞ Maliyyə Nazirliyi də Belarusun iki dövlət müəssisəsinə - Belarus Avtomobil Zavodu Açıq Səhmdar Cəmiyyəti və Minsk Avtomobil Zavodu Açıq Səhmdar Cəmiyyətinə sanksiya tətbiq edib.
Bundan əlavə, Maliyyə Nazirliyi Belarus Mərkəzi Seçki Komissiyasına və Komissiyanın yeddi üzvünə sanksiya tətbiq edib.