Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürürYaradılıb 05.11.2022 09:37 | Baxış sayı: 219Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək.“Report”un məlumatına görə, ilk yarış günündə A və B qrupunda qarşılaşmalar təşkil olunacaq.İlk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gələcəklər.Daha sonra saat 16:00-da turnirin açılış mərasimi baş tutacaq.Saat 17:00-dan A qrupunun İran-Qırğızıstan, Qırğızıstan-Türkiyə və B qrupunun Azərbaycan-Dünya yığması görüşləri keçiriləcək.B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən Dünya Kubokunda iştirak etməyəcək.Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq. Facebook-da paylaş