Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Axar.az xəbər verir ki, yığmamız C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq.
22 sentyabr
UEFA Millətlər Liqası
V tur
22:45. Slovakiya - Azərbaycan
Baş hakim: Uilyam Kollam
Trnava. Antona Malatinski stadionu
Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də VI - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.