Türkiyə klubu avrokubok matçından öncə kuryoz hadisə ilə üzləşib
Türkiyə "Sivasspor"u Rumıniyada ÇFR komandasına qarşı keçirilən UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyunundan öncə kuryoz hadisə ilə üzləşib.

Qonaq komandanın əşyalarının olduğu çantalar Kluj aeroportunda itib. Nəticədə Sivas təmsilçisi meydana alternativ forma ilə çıxmalı olub.

Qeyd edək ki, hazırda ÇFR - "Sivasspor" görüşündə ikinci hissə oynanılır və Türkiyə təmsilçisi hesabda öndədir - 1:0.
 

Bölmənin digər xəbərləri

Dünyapress TV

Xəbər lenti