Bakıda “Qarabağ” və Fransanın “Nant” komandalarının arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda azarkeşlərin iştirakı ilə sükut olub.
Tofiq Bəhramov adına Respublika stadionunda fanatlar qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər.
“İmarət” azarkeş qrupunun üzvləri “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. İgid əsgər, möhkəm dayan” pankartı açıblar.
“Köhlən atlar” daha əvvəl bu təşəbbüslə UEFA-ya müraciət etsə də, rədd cavabı alıb.