İlin əvvəlindən Rusiya Fiqurlu Konkisürmə Federasiyasına (FFKKR) digər ölkələrin milli komandalarına keçmək üçün 19 müraciət daxil olub.
Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər verir.
"İlin əvvəlindən RFKF-yə 19 transfer sorğusu daxil olub. Daxil olan müraciətlərin üçdə ikisi vaxtında verilib və biz onlara müsbət cavab verdik. Daha yeddi məsələyə dekabr ayında icraiyyə komitəsində baxacağıq”, - deyə RFKF-dən bildiriblər. Təşkilatdan qeyd edilib ki, onlar idmançıların adlarını açıqlaya bilməyəcəklər, çünki bunun üçün onlar şəxsi məlumatların emalına xüsusi razılıq verməlidirlər.
"Olimpiya Oyunlarının iştirakçıları, Dünya və ya Avropa çempionatlarının qalibləri və ya mükafatçıları olmuş yüksək səviyyəli konkisürənlər hazırda transfer üçün müraciət edənlər arasında deyil", - RFKF-dən bildirilib.
Martın 1-də Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belaruslu konkisürənləri, şort-trekçiləri və fiqurlu konkisürənləri təşkilatın himayəsində olan bütün yarışlardan kənarlaşdırıb.