Türkiyə Futbol Federasiyasının inzibatı binasına edilən silahlı hücumun detalları açıqlanıb.
Bakupost.az xəbər verir ki, TFF binasındakı prezident ofisinə və aşağı mərtəbədə yerləşən idarə heyətinin otağına 7 güllə atılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisəni törədənlər avtomobillə oradan uzaqlaşıblar. Hazırda polis kamera görüntülərindən onların kimliyini müəyyən etməyə çalışır.
İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanıldığını bildirib. *** 19:43
Türkiyə Futbol Federasiyasının (TFF) Rivadakı binasına silahlı basqın edilib.
Bakupost.az xəbər verir ki, bu barədə "Milliyet" yazıb. Silahlı hücum TFF-nin İdarə Heyətinin iclası zamanı baş verib. Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.