Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu hələ də İngiltərənin “Mançester Yunayted” klubundan ayrılmaq istəyir. TİA.AZ xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano bildirib. Onun sözlərinə görə, 37 yaşlı hücumçunun agenti Xorxe Mendeş yeni komanda axtarışındadır. Lakin “qırmızı şeytanlar” Ronaldu ilə vidalaşmaq niyyətində deyil. Qeyd edək ki, Kriştianu Ronaldunun “Mançester Yunayted”lə 2023-cü ilin yayınadək müqaviləsi var.