"Pley-off oyununu səbirsizliklə gözləyirəm. Çünki əvvəllər heç vaxt belə bir görüşün iştirakçısı olmamışam".
Bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Lukaş Kalvah Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçı barədə danışarkən deyib.
27 yaşlı yarımmüdafiəçi qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəklərinə inandığını bildirib: "Azarkeşlərimizlə birlikdə buna nail ola bilərik. Həqiqətən istədiyimiz və uğrunda mübarizə apardığımız böyük uğura iki görüş qaldı".
Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq. cebhe.info