FİFA Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatının təqviminə dəyişiklik edib.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Belə ki, turnirin açılış matçı öncədən planlaşdırıldığı kimi noyabrın 21-də yox 20-də oynanılacaq.
DÇ-nin açılış oyununda ev sahibi Qətər millisilə Ekvador yığması üz-üzə gələcək.
Həmçinin, turnir çərçivəsində baş tutacaq daha bir qarşılaşmanın başlanma vaxtına dəyişiklik edilib. Noyabrın 21-də Seneqal və Niderland yığmaları arasındakı matçın saatı Bakı vaxtilə 14:00-dan 20:00-a dəyişdirilib.