“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını avqustun 17-də Bakıda keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:45-də start veriləcək.
Bu komandalar arasındakı cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.