"Qarabağ Ermənistandır”, “Axavnonu(Zabux-S.L.) təslim etməyəcəyik!” . Ermənistanın "Pyunik" komandasının Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşdığı futbol matçında hay azərkeşlər tərəfindən belə işğalçı və revanşist xislətli şüarlar səsləndirilib.
TEREF moderator.az-a istinadla xəbər verir ki, bu haqda erməni saytları məlumat yayıb. İrəvandakı Respublika stadionunda Çempionlar Liqasının III təsnifat mərhələsinə aid “Pyunik” – “Srvena Zvezda” (Serbiya) qarşılaşmasının cavab oyununda hay azarkeşlər Azərbaycana qarşı təxribata əl atıblar.
Oyunun əvvəlində bir neçə erməni azarkeş “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılmış pankart açıblar.
İkinci hissənin əvvəlində isə bir qrup azarkeş “Axavnonu(Zabux-S.L.) təslim etməyəcəyik” yazılı plakatlar ilə meydana çıxıb.
Təxribatçı erməni azarkeşlər haqda Avropanın müvafiq futbol qurumlarının hansısa tədbir görəcəyi barədə hələlik heç bir məlumat yoxdur.
Təbii ki, Azərbaycanın müvafiq qurumları da təxribatçıların məsuliyyətə cəlb olunmasını tələb etməlidir...