“Əl-İttihad”ın ulduz hücumçusu Kərim Benzema növbəti anlaşılmaz davranışı ilə mətbautın diqqətini üzərinə çəkib.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Xəbərə görə, bazar ertəsi Səudiyyə Ərəbistanı klubunun düşərgəsinə qayıdaraq məşqləri bərpa edən fransalı forvard baş məşqçi Marselo Qalardo ilə dalaşıb. Onun yenidən düşərgədən ayrılaraq bu dəfə Türkiyəyə yollandğı bildirilib. Benzemanın Fransaya qayıdıb-qayıtmadığı barədə məlumat yoxdur.
Benzema bundan əvvəl dekabrın sonunda üç məşqi buraxmışdı. Bundan sonra 36 yaşlı futbolçunun “Əl-İttihad”dan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.
Benzema bu mövsüm bütün yarışlarda 20 matçda iştirak edib, 12 qol vurub və 1 məhsuldar ötürmə verib.