“Barselona”nın futbolçusu Mark-Andre ter Ştegen zədəsini sağaldıb.Gununsesi.info xəbər verir ki, bu barədə AS məlumat yayıb. Alman qolkiper komanda ilə məşqlərə qatılıb.O, üç aylıq fasilədən sonra komandasının növbəti matçında – “Qranada” ilə oyunda meydana çıxa biləcək.Ter Ştegen belindəki ağrılar səbəbindən ötən ilin noyabr ayının 12-dən bəri oynamırdı. O, dekabrda əməliyyat olunub.