"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis matça çox yaxşı başladıqlarını bildirib: "İlk yarıda çox riskə getmədik. İkinci hissədə özümüzü bir az çətinliyə saldıq. Futbolçular alqışa və bundan çoxuna layiqdirlər. Milli komanda uduzanda da stadionda ona tam dəstək olmalıdır. Hər görüşdə tam gücümüzü meydanda qoyuruq. Yığmamız yaxşı oyunçulardan ibarətdir. 10 nəfərlə qalanda da sonadək mübarizə apardıq və vuruşduq".
İtaliyalı baş məşqçi bu gün yaratdıqlarını qol şanslarından istifadə etdiklərini vurğulayıb: "Avstriya ilə oyunda bunu bacarmadıq. Komanda inkişaf edib. Bu, göz önündədir. Bazar günü Belçikaya qarşı ağır qarşılaşmamız olacaq. Bu matça da yaxşı hazırlaşacağıq".