MTN generalı: ‘8 milyon deputat Ziyad Səmədzadəyə çatıb…’
Hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev özünün son sözündə məhkəmədə sensasion açıqlama verib.

Gununsesi.info-nun xəbərinə görə, prosesdə Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin keçmiş direktoru İbrahim Zeynalovun ailəsindən alınan 8 milyon dolların necə alınması zamanı general bildirib ki, həmin vəsait deputat Ziyad Səmədzadəyə çatıb.

Mövlam Şıxəliyevin bu fikirlərini onun tabeliyində çalışmış polkovnik Yasin Məmmədov da təkrar edib.

Qeyd edək ki, 8 ay MTN-in təcridxanasında saxlanandan sonra buraxılan Zeynalov müflis olub, xeyli vaxtdır ki, vaqonda yaşayır.

O, MTN işində zərərçəkmişlərdən biridir. Məhkəmədə də bildirib ki, 2014-cü ildə sifarişlə həbs olunmuşdu. Ailəsindən 10 milyon istəyib, 8 milyon alandan sonra onu buraxıblar. Qohum-əqrəbası nələri varsa, satıb, onu buraxdırıblar.

“Sifarişlə atamı tutdular, başımıza oyun açdılar”
Oğlu İlqar Zeynalov məhkəmədə deyib ki, 8 milyonu düzəldib, televizor qutusunda MTN binasının yaxınlığında atasının işini aparan müstəntiq Yasin Məmmədova verib: “Ziyad Səmədzadənin atamla işbirliyi vardı. Onun vasitəsilə bankdan 3.5 milyon kredit götürülmüşdü. Bu pula görə atamla arası dəydi. Sifarişlə atamı tutdular, başımıza oyun açdılar. Qardaşım, bacım, anam rəhmətə getdi. Atamla bu gün rayonda vaqonda yaşayırıq…”.

Keçmiş müstəntiq Məmmədov da, onun rəisi olmuş Şıxəliyev də indi deyir ki, Zeynalovlar ailəsindən alınan pul deputata verilib.

Hətta general Şıxəliyev çıxışında narazılıq edib ki, bu məsələ ilə əlaqədar onları ittiham edən prokurorluq niyə o pulun kimə çatdığını araşdırmayıb: “Səmədzadəni niyə dindirməyib?“Bu məsələnin MTN-ə aidiyyəti yox idi. O pulların da şəxsən Ziyad Səmədzadəyə çatdırılması haqda məlumatım vardı…”

Keçmiş MTN vəzifəliləri son sözlərində bildirib ki, onları müxtəlif adamları qanunsuz həbs edib, pullarını, əmlaklarını əllərindən almaqda ittiham edirlər: “Halbuki, MTN-in İstintaq Baş İdarəsində cinayət işlərinin başlanması, kiminsə haqqında həbs qərarı üçün məhkəməyə təqdimat verilməsi, şəxsin həbsdən buraxılması kimi məsələlər birbaşa Baş prokuror və birinci müavininin nəzarətində olub. Hətta belə bir qanunsuzluq olubsa belə, buna görə prokurorluq rəhbərliyi məsuliyyət daşıyır. Rəis olduğum idarədə istintaq olunan cinayət işlərinə birbaşa Zakir Qaralov, Rüstəm Usubov nəzarət edirdi. Qanunsuzluq olubsa belə, onlar istintaqa nəzarət edən vəzifəli şəxs kimi görüb, aradan qaldırmalıydılar. Niyə eləməyiblər? Onlar istintaqda da, məhkəmədə də dindirilmədi, bu məsələlərə aydınlıq gətirilmədi”.

Çıxışının sonunda general ona bəraət verilməsini tələb edib.

Gununsesi.info
 

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma
15 Aprel 2025 Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
14 Aprel 2025 MKİ UNO ilə bağlı sənədin məxfiliyini ləğv edib – sovet əsgərləri “uçan boşqab” vurubmuş
14 Aprel 2025 "Mənə maşın hədiyyə edilməyib, yalan söhbətdir"
14 Aprel 2025 Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq

Dünyapress TV

Xəbər lenti