Azərbaycan Türkiyə ilə birgə hərbi baza yaratmalıdır
“İkinci Qarabağ savaşından sonra regionda geopolitik, geostrateji, eləcə də hərbi-siyasi durum əhəmiyyətli şəkildə dəyişib. Bu dəyişikliyin lokal hissəsi Azərbaycanın işğal altında olan torpaqları üzərində öz suverenliyini bərpa etməsi ilə bağlıdır. Regional hissəsi isə Türkiyənin Cənubi Qafqazda iştirakının legitimləşməsi və bunun Rusiya başda olmaqla, beynəlxalq birlik tərəfindən zorən qəbul edilməsidir”.

DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, II Qarabağ savaşı və Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə regionda legitim iştirakçıdır: “Bura Rusiya ilə Türkiyənin birlikdə Monitorinq Mərkəzinin yaradılmasını da əlavə etsək aydın olar ki, regionda yeni geopolitik, geostrateji və hərbi-siyasi durum yaranıb. Düzdür, hələlik köklü dəyişiklik baş verməyib. Amma Rusiya öz inhisarçı mövqeyini qismən Türkiyə ilə bölüşməli olub. Yəni Rusiya və Türkiyənin birlikdə fəaliyyəti yaranıb. Bir daha qeyd edirəm ki, burada iştirakçılıq qeyri-mütənasibdir. Üstünlük Rusiya tərəfdədir, amma inkişaf vektoru Türkiyənin çəkisinin artacağını göstərir”.

S. Əkbər qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində baş verən son təxribatlar təsadüfi deyil:

“Rusiyanın vasitəçiliyi ilə əldə olunan müvəqqəti atəşkəsə baxmayaraq, qarşıdurma bu gün də davam edib. Hesab edirəm ki, yaranan hər bir böhrandan fürsət kimi istifadə etmək lazımdır. Səmərəli böhran idarəçiliyinə ehtiyac var, yaranmış vəziyyətdən Azərbaycan öz milli maraqları - hərbi strateji və siyasi strateji yönündə bacarıqla istifadə etməlidir. Bu böhran risk və təhdidlər gətirdiyi kimi, imkanlar və fürsətlər də gətirir. Biz risk və təhdidləri önləməli, fürsətlərdən maksimum yararlanmalıyıq”.

Partiya sədri əlavə edib ki, belə fürsətlərdən biri də Türkiyə ilə imzalanan strateji müttəfiqlik sazişinin əməldə doldurulmasıdır: “Bu, Azərbaycanda Türkiyə hərbi hissələrinin yaradılması, birgə hərbi hissələrin qurulmasıdır. Rusiya Ermənistanda strateji müttəfiqliyə nail olub, bizim də Türkiyə ilə bərabərhüquqlu qardaşlıq münasibətlərinə dayanan əməkdaşlıq olmalıdır. Burada Türkiyənin hərbi bazaları qurulmalı, birgə hərbi bazalar yaradılmalıdır. Onsuz da Azərbaycan qərar verib ki, Türkiyənin ordu modelinə keçsin. Bu addım proseslərə yeni implus verər, çəkindirici faktor rolunu oynayar. Bu, həm də Ukrayna müharibəsindən sonra gözlənilən boşluğu doldurmağa hazırlaşan qüvvələr üçün də çəkindiri rol oynaya bilər”.

S. Əkbər üçüncü gündür ki, Azərbaycan-Ermənistan sərhəddində davam edən qarşıdurmaların geniş müharibəyə çevrilmə riskindən də bəhs edib: “Əlbəttə, belə risk var. Amma mən bunun hazırda zaman baxımından Azərbaycanın maraqlarına uyğun olduğunu düşünmürəm. Çünki Ukraynadakı vəziyyəti və inkişafı gözləməliyik. Oradakı proseslərin inkişaf vektoru bizim xeyrimizə yönəlib və biz lazımı anı düzgün seçməliyik. Bizi tələsdirirlər. Odur ki, zaman məsələsinə diqqət etməliyik. Strategiyada qızıl üçlük var: güc, zaman və məkan. Strateji qələbə bu üç ünsürdən səmərəli və effektiv şəkildə istifadə edəndə əldə olunur. Mən belə bir zaman və imkanın yaxınlaşdığını düşünürəm. Bunu düşmən də gördüyündən bizi vaxtından əvvəl oyuna çəkirlər. Odur ki, ayıq-sayıq olmalıyıq”.
 

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma
15 Aprel 2025 Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
14 Aprel 2025 MKİ UNO ilə bağlı sənədin məxfiliyini ləğv edib – sovet əsgərləri “uçan boşqab” vurubmuş
14 Aprel 2025 "Mənə maşın hədiyyə edilməyib, yalan söhbətdir"
14 Aprel 2025 Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq

Dünyapress TV

Xəbər lenti