Qumar və qanuni şans oyunlarının fərqi nədir? – ARAŞDIRMA
Azərbaycanda müxtəlif formalarda qanuni şans oyunları keçirilir. Bəzən bu cür oyunlar qumar oyunları ilə qarışdırılır, onların eyni olması ilə bağlı mülahizələr irəli sürülür.

Həqiqətənmi, qumar oyunları ilə qanuni şans oyunları eynidir? Qanunvericilik bu məsələləri necə tənzimləyir?

Bununla bağlı Sfera.az saytının suallarını cavablandıran hüquqşünas Turan Abdullazadənin şərhinə görə qumarla qanuni şans oyunlarının fərqi Cinayət Məcəlləsi ilə müəyyən edilib:

“Cinayət Məcəlləsinin 244.1-ci maddəsində qeyd olunur ki, “qumar oyunu” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən, mərclər) başa düşülür. Lakin həmin maddədə qeyd edilir ki, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereyalar qumar oyunları hesab olunmur. Qanunvericiliyə uyğun təşkil edilən və keçirilən lotereyalar, eləcə də idman mərc oyunları qumar sayılmır”.

Hüquqşünas qeyd etdi ki, qumara görə cinayət və inzibati məsuliyyət nəzərdə tutulur:

“İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsinə əsasən, Azərbaycanın ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 401.2-ci maddəsinə əsasən, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (və ya) satışına görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Qumar oyunlarının təşkili və ya keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244–1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə də səbəb olur”.

Millət vəkili, insan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev isə bildirdi ki, Azərbaycanın mövcud qanunvericiliyi qumar və qanuni şans oyunlarının dəqiq sərhədini müəyyənləşdirib. N.Həmzəyev qanunvericiliyin tələblərinə istinadən bildirdi ki, ölkəmizdə qumarın təşkili, keçirilməsi, yaxud bu məqsədlə yer ayrılması qadağandır və bu, inzibati, hətta cinayət məsuliyyəti yaradır:

“Bu fəaliyyətə görə 10 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər bu əməllər təkrar və ya başqa ağırlaşdırıcı formalarda törədilərsə, o halda, cərimə və cəzalar ağırlaşdırılır”.

Millət vəkili qumar və digər bu xarakterli oyunların əhali və dövlətə zərər vurduğunu da söylədi:

“Bu cür oyunların digər neqativ tərəfi ondan ibarətdir ki, burada dövriyyə gizlədilir, dövlətə hər hansı bir vergi verilmir, bu oyunların şərtləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılmır, oyunlarda iştirak edən şəxslərin hüquqları pozulur, uduşların ödənilməsinə zəmanət verilmir, iştirakçıların pozulmuş hüquqlarının bərpa edilməsi mexanizmləri mövcud deyil. Qanunsuz qumar oyunları üzrə Azərbaycan Respublikasının buraxılmış bank kartlarına ödənilməsi mümkün deyil. Oyunçular qanunsuz oyunlarda iştirak etdikdə dövlət tərfindən onların pozulmuş hüquqlarının bərpa edilməsində çətinliklər yaranır. İstənilən halda bu cür oyunların keçirilməsi nə dövlət, nə cəmiyyət, nə də oyunda iştirak edənlər üçün faydalıdır. Qumar oyunlarında qazanan, udan iştirakçılar yox, oyunu təşkil edənlərdir. Daha çox xoşagəlməz hallar məhz qeyri-qanuni təşkil edilən oyunlarda müşahidə edilir. Buna görə də qanunsuz oyunların keçirilməsinin qarşısı qətiyyətlə alınmalıdır.”

Millət vəkili qumardan fərqli olaraq qanuni şans oyunlarının dövlət tərəfindən tənzimləndiyini bildirdi:

“Burada həm təşkilatçının, həm də oyunçuların hüquqları dövlət tərəfindən qorunur. Çünki hər şey qanun çərçivəsində həyata keçirilir. Həm dövriyyə uçotu aparılır, vergi ödənilir, həm də oyunlar qaydalar çərçivəsində təşkil edilir”.

Qeyd edək ki, qanuni oyunlar müvafiq qaydada dövlət tərəfindən tənzimlənir. Lotereyaların təşkili və keçirilməsi “Lotereyalar haqqında” qanunla və həmin qanun əsasında qəbul edilən qaydalar, habelə “Azərlotereya” ASC-nin daxili siyasəti və prosedur sənədləri əsasında tənzimlənir. Qanunla müəyyən edilən zəruri şərtlər qaydalarda ətraflı şəkildə açıqlanır və “Azərlotereya”nın daxili sənədləri ilə şirkətin fəaliyyəti qanunvericiliyin tələblərinə tam uyğunlaşdırılır.

Xatırladaq ki, “Azərlotereya” ASC “Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli 599 saylı fərmanı ilə yaradılıb və həmin fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərlotereya” ASC-nin təsisçisi kimi müəyyən edilib. “Lotereyaların təşkili və keçirilməsi Qaydası”na uyğun olaraq keçirilmiş ani lotereyaya dair hesabatlar səlahiyyətli orqana təqdim olunur və məlumatlar təhlil edilərək lotereyaların qanuna uyğun keçirilməsinə nəzarət edilir. Qanunvericiliyə uyğun olaraq oyunları keçirilən zaman təşkilatçı haqqında məlumat verilir, lotereyanın adı, keçirilmə forması, keçirilmə müddəti, uduş fondu, uduşlu biletlərin sayı, uduşların verilmə müddəti və s. məlumatlar göstərilir. Lotereyaların təşkili və keçirilməsinə nəzarət təşkilatçı tərəfindən təqdim edilmiş hesabatlar və müvafiq dövlət qurumu tərəfindən yoxlamalar əsasında həyata keçirilir.

Qaydalardan göründüyü kimi Azərbaycanda qanuni formada keçirilən şans oyunlarına dair ciddi tələblər var və bu oyunların keçirilməsinə dövlət nəzarəti təmin edilib. Oyun iştirakçılarının mənafeyi və haqları qanunla qorunur. Amma qeyri-qanuni keçirilən oyunlarda iştirakçılara hər hansı təminat yoxdur və bu oyunlarda iştirak edənlərin manafeyi müdafiə edilmir.
 

Bölmənin digər xəbərləri

17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma
15 Aprel 2025 Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
14 Aprel 2025 MKİ UNO ilə bağlı sənədin məxfiliyini ləğv edib – sovet əsgərləri “uçan boşqab” vurubmuş
14 Aprel 2025 "Mənə maşın hədiyyə edilməyib, yalan söhbətdir"
14 Aprel 2025 Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq
14 Aprel 2025 Türkiyədə son 30 ilin rekord soyuqları qeydə alınıb
14 Aprel 2025 “Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib
14 Aprel 2025 Kreditə götürdüyü 5 min elə həmin gün oğurlandı
13 Aprel 2025 "Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahisi
13 Aprel 2025 Gündəmi zəbt edən qəzadakı taksi sürücüsünə yeni maşın hədiyyə ediləcək
13 Aprel 2025 Biznesmen Balayar Ağamalıyev İNTİHAR ETDİ
13 Aprel 2025 Azərbaycanda video operator faciəvi şəkildə öldü - FOTO
13 Aprel 2025 Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat - Səbəbi açıqlandı
12 Aprel 2025 Türkiyədə yaşayan jurnalist Bakıdakı evinin əlindən alınması problemi ilə üzləşib

Dünyapress TV

Xəbər lenti