Kasıbın varlanması üçün ƏN SADƏ YOL: onlar bu üsulla ZƏNGİN OLDULAR
Sıfırdan başlayaraq zəngin olan insanların demək olar ki, hamısının oxşar xarakterlərə sahib olmaları təsadüf deyil.

Öz səyləri ilə sərvət qazanan 177 nəfərin özəlliklərini 5 il ərzində araşdıran Tomas C.Corleyə görə insanın gündəlik vərdişləri onun işlərindəki uğuruna təsir edir.

TEREF.AZ həmin araşdırmanın nəticələrinə əsasən zəngin olmağın sirlərini təqdim edir:

Zənginlər hər gün ən azı 15 dəqiqə müxtəlif mövzular barədə düşünürlər. Zəngin üçün uğurun ilk açarlarından biri düşünməkdir.

Məsləhətçiləri təcrübələrini paylaşaraq zənginlərin daha çox pul qazanmasına və həyatlarını proqramlaşdırmalarına kömək edir.

Zənginlər tənqid edilməkdən qorxmurlar. Yeni şeylər öyrənmək üçün başqalarının fikirlərinə dəyər verməli olduqlarının vacibliyinə inanırlar.

Onlar düşündüyümüz qədər cəsarətli deyillər. Zənginlərin də qorxduqları məqamlar var. Lakin nə qədər təmkinli davransalar da, risk olmadan sərvət qazana bilməyəcəklərini də bilirlər. Riskləri hesablayıb, səhvlərin faizini ən aza endirməyə çalışırlar.

Varlılar başqalarının uğur qazanmasına kömək edərkən özlərinin daha böyük uğur qazanacaqlarına inanırlar. Əsasən də, özləri kimi bacarıqlı insanlara dəstək verirlər.

Kim nə deyirsə desin, heç vaxt hədəflərindən vaz keçmirlər və nəticə əldə etmək üçün çox çalışırlar. Güclü istəyin olması onların üçün əyləncə mənbəyidir. İstəkləri uğrunda səhv etməkdən belə çəkinmirlər.

Daim oxuyurlar. Zənginlər kitab və ya qəzet oxumağı sevirlər. Gündə ən azı yarım saat bu məşğuliyyətlərinə sərf edir və daha çox bilgi əldə etməyə çalışırlar. Əsasən də, işlərində uğur qazanmış insanların bioqrafiyalarını, şəxsi inkişaf və tarix kitabları sevirlər.

Varlıların 76 faizi gündə ən azı yarım saat və bəzən daha çox idman edir. Qaçır, gəzir, velosiped sürür və digər idman növləri ilə məşğul olurlar. “Sağlam beyin sağlam bədəndə olur” devizi zənginlər üçün ən vacib sözə çevrilib.

Zənginlərin əksəriyyəti müsbət xarakterə sahib olurlar. Çünki uzun müddətli uğurun təməlində gələcəyə müsbət duyğularla yanaşmaq durur. Zənginlər də adətən, şən və duyğularına nəzarət edə bilən insanlar olurlar.

Varlı insanların özləri kimi dostları da bacarıqlı olur. Çünki onlar hədəflərinə çatan insanlarla dostluq etməyə üstünlük verirlər. Ancaq neqativ insanlardan uzaq durur, özlərinə oxşayan insanlarla sosiallaşmağı sevirlər.

İmkanlılar üçün xarici görünüş və digər insanlar üzərində yaradılan təsir önəmlidir. Sosial həyatdakı vacib qaydaları bilirlər, hər zaman şux görünürlər.

Pullu şəxslərin fərqli sahələrə investisiyaları və bir neçə gəlir mənbələri var. Onların 65 faizi milyon dollar qazanmamışdan əvvəl bir neçə sahədə işə başlayıb.

Zənginlərin 50 faizi səhər tez yuxudan oyanır. Hətta işə başlamamışdan 3 saat əvvəl oyanmış olurlar. Nəticədə, gərgin iş günündə daha aktiv olurlar.

Nə istədiklərini deməkdən və kömək istəməkdən çəkinmirlər. Rədd edilməkdən qorxmurlar. İstədiklərinin arxasınca gedirlər. (publika.az)
 

Bölmənin digər xəbərləri

17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma
15 Aprel 2025 Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
14 Aprel 2025 MKİ UNO ilə bağlı sənədin məxfiliyini ləğv edib – sovet əsgərləri “uçan boşqab” vurubmuş
14 Aprel 2025 "Mənə maşın hədiyyə edilməyib, yalan söhbətdir"
14 Aprel 2025 Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq
14 Aprel 2025 Türkiyədə son 30 ilin rekord soyuqları qeydə alınıb
14 Aprel 2025 “Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib
14 Aprel 2025 Kreditə götürdüyü 5 min elə həmin gün oğurlandı
13 Aprel 2025 "Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahisi
13 Aprel 2025 Gündəmi zəbt edən qəzadakı taksi sürücüsünə yeni maşın hədiyyə ediləcək
13 Aprel 2025 Biznesmen Balayar Ağamalıyev İNTİHAR ETDİ
13 Aprel 2025 Azərbaycanda video operator faciəvi şəkildə öldü - FOTO
13 Aprel 2025 Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat - Səbəbi açıqlandı
12 Aprel 2025 Türkiyədə yaşayan jurnalist Bakıdakı evinin əlindən alınması problemi ilə üzləşib

Dünyapress TV

Xəbər lenti