Badamdar Hotel"in baş xəzinadarı "vergül"lə pul mənimsədi - Sevgilisinə xərclədi
Bakıda yerləşən "Badamdar Hotel & Residences" otelinin baş xəzinadarı vəzifəsində çalışmış Dünyamalı Qarayev vergüldən sui-istifadə etməklə külli miqdarda vəsaiti mənimsəyib.

Qaynarinfo-nun məlumatına görə, "PMD Hospitality" şirkətlər qrupuna məxsus "Badamdar Estates" MMC-nin tabeliyində fəaliyyət göstərən "Badamdar Hotel & Residences" otelindən ümumilikdə 163.259,46 manat pul mənimsənilib.

Araşdırmalar nəticəsində məlum olub ki, vəsaitin mənimsənilməsi otelin baş xəzinadarı Dünyamalı Qarayev tərəfindən həyata keçirilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Qarayev kassaya daxil olan sənədləri rəsmi qeydiyyata aldıqdan sonra məbləğlərə vergül əlavə etməklə sənədləri dəyişib. Məsələn, 4000 manat məbləğli mədaxil qəbzində vergül əlavə edərək məbləği 400,0 manat kimi göstərib, qalan 3600 manatı mənimsəyib. Bu üsulla ümumilikdə 163.259,46 manat vəsaiti ələ keçirib.

İlkin istintaq zamanı Dünyamalı Qarayev mənimsədiyi pulu M.C. adlı sevgilisinə xərclədiyini bildirib. Aylıq maaşı 750 manat olan Qarayev sevgilisinə "Flowers World" gül dükanından 1000 ədəd qızılgül də alıb.

Məhkəmədə özünü təqsirkar hesab etməsə də, hakim onun günahını sübuta yetirilmiş sayaraq 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
 

Bölmənin digər xəbərləri

13 İyun 2025 "Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - AÇIQLAMA
12 İyun 2025 İmtahanda tədris proqramından kənar suallar verilir? – Məleykə Abbaszadə onları “meydan”a çağırdı/ VİDEO
12 İyun 2025 Bakıda əcnəbilərin şok əməlləri: İki nəfəri öldürmək istədilər...
12 İyun 2025  Putin yoxdursa... DOSTU DA YOXDUR... - GÖRÜNƏNİ BUDUR...
12 İyun 2025 TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı FOTO
11 İyun 2025 Muğanlı-İsmayıllı-Qəbələ yolunda təmir işləri niyə ləng gedir? VİDEO
11 İyun 2025 Azərbaycanla Gürcüstan arasında dəmiryolu ilə sərnişindaşıma niyə bərpa olunmadı? - ÖZƏL
11 İyun 2025 Azərbaycanda 1 ildə 10 min tələbə qovulub: Dəhşətli statistikanın şok səbəbləri
11 İyun 2025 Əhaliyə verilən suyun yarısı Bakı şəhərinin payına düşüb
10 İyun 2025 Moskvada azərbaycanlıların çalışdığı bazara hücum... - Video
10 İyun 2025 Araz Musayevi bıçaqlayan şəxslərin yeni görüntüsü: qaçırlar – VİDEO
10 İyun 2025 Daşnak abidəsi və Daşkəsən hadisəsi.Erməniləri yerində otuzduran Həsən Süleymanov FOTO
10 İyun 2025 Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
10 İyun 2025 "Kassap Döner" QALMAQALI:
09 İyun 2025 Yayda avtomobilinizdə nələri saxlamamalısınız: təhlükəli şeylərin SİYAHISI
09 İyun 2025 Gəncədə baş verən qətl hadisəsinin GÖRÜNTÜLƏRİ YAYILDI VİDEO
09 İyun 2025 Boeing 747 bu səbəbdən Moskvaya TƏCİLİ ENİŞ EDƏCƏK
09 İyun 2025 Mingəçevirdə şagirdlərin həyatı təhlükədədir –
09 İyun 2025 Ən ideal kişi boyu neçədir? Elmi araşdırma cavabladı
08 İyun 2025 Sabunçu bazarında güclü yanğın olub VİDEO

Dünyapress TV

Xəbər lenti