DÜNƏN YASAMALDA QADININ EVINI BAŞINA UÇURULMASI ILƏ BAĞLI SAYTLARDA YAYIMLANAN MATERIALLARDA "MELISSA GROUP”UN RƏHBƏRI KIMI TƏQDIM EDILƏN ŞƏXSIN FOTOSU SƏHV VERILIB.
Qlobal.az xəbər verir ki, bununla bağlı fotoları dərc olunan Faiq Mehdiyev "Bakuposta”a açıqlama verib.
O bildirib ki, o, vaxtilə "Melissa Group”da çalışıb, amma heç vaxt şirkətin rəhbəri olmayıb.
Qeyd edək ki, sözügedən görüntülərlə bağlı "Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.