Mayın 1-dən Gürcüstanla dəmir yolunun açılmasının rəsmi təsdiqi yoxdur - AMMA...
Azərbaycan və Gürcüstan arasında əlaqələrin inkişafı və əməkdaşlıq müstəvisində yeni addımların atılması hər iki ölkənin strateji maraqlarına xidmət edir. Son dövrlərdə gündəmə gələn qatar yolunun açılması məsələsi, bu iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Gürcüstandan verilən müəyyən açıqlamalara görə Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcək. Sərnişindaşımanın iqtisadi tərəfdən də hər iki dövlətə təsiriolacaq.

Mövzu ilə bağlı Sherg.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli deyib ki, hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur:

"Gürcüstandan müəyyən açıqlamalar verilsə də, Azərbaycandan rəsmi təsdiq hələ gəlməyib. Təbii ki, qatar yolunun açılması hər iki ölkə üçün müsbət bir addım olardı. Xüsusilə də, iki ölkə arasında turizm potensialının daha geniş istifadəsinə imkan yaradar və sərhəd bölgələrində yaşayan insanların gediş-gəlişini asanlaşdırardı. Əgər qatar yolu açılsa, bu problem aradan qalxar və insanlar daha rahat hərəkət edə bilərlər".

Ekspert Azərbaycan və Gürcüstan vətəndaşları arasında çoxlu qohumluq əlaqələrinin mövcud olduğunu, qatar xəttinin bərpasının bu əlaqələrin möhkəmlənməsinə və sosial problemlərin həllinə də müsbət təsir edəcəğini bildirib.

N. Cəfərli iqtisadi və sosial baxımdan bu addımım böyük üstünlükləri olduğunu da qeyd edib.
 

Bölmənin digər xəbərləri

31 Mart 2025 Sabirabadda 10 gündə 3 körpə ölüb - Baş Prokurorluq araşdırır
31 Mart 2025 Pişiyiniz qonaqları sevmirsə... - Bu halda nə etmək lazımdır?
31 Mart 2025 Matrasdakı sarı ləkələrdən necə xilas olaq? - Cəmi 5 tərkibdən ibarət qarışıq
30 Mart 2025 Mağazadan geyim aldı, ödənişi etməyib satıcını hədələdi — VİDEO
30 Mart 2025 Türkiyədə zəlzələ zamanı həbsxanadan qaçan şəxs atasının evindəki gizli yerdə ələ keçdi
30 Mart 2025 Almaniyada yeddi "Tesla" avtomobili alovlanıb külə döndü
30 Mart 2025 Myanmada zəlzələdə ölənlərin sayı 1644-ə çatıb, 3400-dən çox yaralı var - YENİLƏNİB
29 Mart 2025 " Melissa Group”un rəhbəri olduğu deyilən şəxs DANIŞDI - "Foto mənimdir, amma..."
29 Mart 2025 “Hakimləri, prokurorları axtarılanlar siyahısının başına qoyun” - DTX əməliyyatının ŞOK TƏFƏRRÜAT
29 Mart 2025 Bakıda marketdə AÇIQ DƏLƏDUZLUQ... - FOTOFAKT
29 Mart 2025  “Milyarderə bax da sən! Onun düşüncəsində Hacı Qalib...” - Fərhad Əhmədova AĞIR SÖZLƏR
28 Mart 2025 “Melissa Group”un rəhbəri saxlanıldı
28 Mart 2025 Yasamalda baxımsız tikinti ərazisində dəhşətli hadisə- VİDEO
28 Mart 2025 "Kontakt Home” növbəti şikayət- Video
28 Mart 2025 Goranboyda həkimin başına açılan sensasion oyun: - “Xəstən ölüb” deyib 20 min alıblar
28 Mart 2025  İcra başçısı bacısı oğlu ilə birlikdə xoruz döyüşdürdü - FOTO
28 Mart 2025 Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı: Cinayət işi açıldı - TƏFƏRRÜAT VİDEO
27 Mart 2025 İrəvandan Bakıya torpaq gətirən müəllim Ermənistanda gördüklərindən danışdı - VİDEO
27 Mart 2025 TƏYYARƏDƏ BİABIRÇILIQ: Sərnişinlərə qarşı tərbiyəsizlik edən kişi saxlanılıb
27 Mart 2025 “TikTok”da gördüyü elan başına bəla oldu – Video

Dünyapress TV

Xəbər lenti