Namus davası: dalaşmayın, başqa yol var... -
İki gündür sosial şəbəkənin gündəmini və saytların “Cəmiyyət” bölməsini küçə davası ələ keçirib. Sonradan namus məsələsi üstündə baş verdiyi deyilən məlum hadisə ətrafında qızğın müzakirələr gedir. Müzakirələr hərtərəflidir, tərəflərin tərəfində dayanan rəy sahiblərinin hamısı haqlıdır - hər iki tərəfdəkilər.

Əvvəla ondan başlamaq lazımdır ki, heç kəs başqasının namusuna dil və əl uzatmamalıdır. Əgər uzadarsa...

İkincisi, namusuna dil (və ya əl) uzadılan kəs o dil (və ya əl) sahibini vəhşicəsinə döymək (və ya öldürmək) haqqına sahib deyil (ən azı, qanuni baxımdan).

Yaxşı, o zaman başqasının namusuna dil və ya əl uzadanın cəzası nədir? Namusuna dil və ya əl uzadılan tərəfindən zopalanmaqmı? Qanun deyir ki: XEYR!

Bəs, nədir cəzası? Cərimə olunmaqmı? Tənbehmi? Şiddətli töhmətmi? "Ayıb olsun" tipində ictimai qınaqmı? Buna da qərar vermək çətindir.

Digər tərəfdən, namusuna dil və ya əl uzadılan tərəf dilinə söyüş, əlinə zopa almaq haqqını hardan alır?! Özündənmi? Qətiyyən! Qanundanmı? Qanun deyir: "mən kimsəyə elə bir haqq vermirəm".

Və: əgər biri digərinin namusuna dil və ya əl uzadarsa, birinci tərəf nə etməli, necə davranmalıdır?

İlk ağla gələn QANUNa müraciət etməkdir - qanuna sığınmaq, qanun keşikçilərindən mədəd ummaqdır: "O, mənim namusuma sataşıb" deyərək, məsuliyyəti qanunun üzərinə atmaqdır - cəzanın qanunisini diləməkdir.

Qanuni dövlətdə bundan başqa yol yoxdur! Ola da bilməz!!!

İndi özümüzü qoyaq qanunun yerinə... Nə cavab verərdik? Yəni, qanun nə desin? Onun "kəsəcəyi barmaq" kimi incidəcək? Ya da onun "kəsəcəyi barmaq"dan məlhəm çıxacaqmı ki, namus yarasını sağaltsın?

Qanunun özünün qarnındakı boşluqdan "su sızırsa", özünəmi məlhəm olsun, yoxsa himayəsi altındakılaramı?

Qanun keşikçilərinin özləri də eyni çətirin altında, eyni "səhnənin" tamaşaçıları qismindədirlər. Özlərini qarşılarındakıların yerinə qoyurlar, yəqin ki... və eyni tərəddüdü yaşayırlar.

Təxminən, 15-16 gün əvvəl idi, şər qarışmaq üzrəydi. Məhəllədən evə qalxırdım. İki əlimdə zənbil - marketdən çıxmışdım.

Binamızın döngəsinə çatanda qəribə bir mənzərə ilə üzləşdim: tanımadığım bir nəfər binamızın divarına (həm də yanından keçənlərin gözü qarşısında) kiçik təbii ehtiyacını təmin etməklə məşğul idi.

Dayandım yanında, təəccüb və təəssüflə nəsə demək istədim. Amma heç nə deyə bilmədim. İrad bildirmədim. Sadəcə, başımı bulayıb yoluma davam etdim.

Ona heç nə demədiyimin səhvmi-düzmü olduğunu düşünə-düşünə addımlayarkən, arxadan bir səs gəldi: "Nədi, əəə, nə yan-yan baxırsan"? Və arxasınca bir söyüş...

Bir anda dayandım. Ona geri dönmədən, əllərimdəki zənbilləri yerə qoydum. Təhqir olunmuşdum, cavabsız qoya bilməzdim.

Amma necə cavab verim? Ya onun qandığı dildə cavab verməliydim, ya da qanuna müraciət etməliydim.

Onun qandığı dil - zopadır. "Adam" həm ictimai tərbiyəsizliyinə, həm də şəxsimə yönəlik davranışına görə ən YEKƏ ZOPAnı haqq edirdi.

Bəs, qanun nə deyir(di) onun haqqında? Cəmiyyətin divarına işəyənə qanun gülüb keçirmi, yoxsa hiddətlənirmi?

Gülüb keçirsə, o zaman "cəmiyyətin divarına niyə işəyirsən" təəssüfü ilə, başını bulayıb keçən və arxadan təhqir olunan vətəndaş üçün qanun nədir?

Bəs, hiddətlənərsə…

Həmin anda mən üçüncü yolu seçməsəydim - dişimi sıxıb, kürəyimə saplanan söyüşü "udub", yoluma davam etməsəydim və zopalar havaya qalxsaydı, qanun kimin tərəfində olacaqdı?

Təbii ki, qanun deyəcəkdi ki, "mənə tərəf gələrdin". Amma hansı halda və hansı tərəfə? Mən qanuna nəyi göstərməliydim: divardakı ləkələri, yoxsa kürəyinə sancılan təhqiri?

Və yazıq qanun, bir divarı batıran avaraya, bir də ona baş qoşan axmağa baxıb gülməzdimi ki, “mən bu avaraya nə cəza verim, ay axmaq?”.

QANUN sadəcə olaraq və haqlı olaraq deyir ki: “Dalaşmayın!”

Gerisini özünüz bilərsiniz…

Müəllif: İsmayıl Məmmədli - AYNA-az
 

Bölmənin digər xəbərləri

14 Mart 2025 Əmisi oğlu ilə “parnik” salan nazirin pulu batdı - Pərviz Şahbbazovla qohumu arasında qarşıdurma
14 Mart 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin əmlaklarına görə övladına aliment təyin olundu…..
14 Mart 2025 “Gəlib dedi ki, Nəcməddin Sadıkov göndərən adamam” - Fazil Məmmədovdan xahiş edibmiş
13 Mart 2025 Oğlanı girov götürüb qayçı ilə qulağını kəsdi – Sumqayıtda DƏHŞƏT
13 Mart 2025 Türkiyəli “biznesmen” azərbaycanlı iş adamlarına 613 min manat “atdı”
13 Mart 2025 143 milyonluq yeyinti işində daha bir hökm - 10 il həbs verildi
12 Mart 2025 Azərbaycan bu ölkələrlə quru sərhədləri AÇIR? - MÜHÜM XƏBƏR
12 Mart 2025 “Bolt” sürücüləri kütləvi blokladı – TAKSİ QİYMƏTLƏRİ ARTACAQ?
12 Mart 2025 Adil Əliyevlə Qarabağ veteranı arasında nə baş verir? - İCRA BAŞÇISI CEYHUN AĞAYEVİ MƏHKƏMƏYƏ VERİB
12 Mart 2025 Qurban Yetirmişlidən zəlzələ ilə bağlı PROQNOZ – “Tez də ola bilər, gec də...”
11 Mart 2025 UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna qəbul olub
11 Mart 2025 Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub - Cavanşir Yusifov YOLA SALINDI
10 Mart 2025 “Tahir Əmiraslanovu Şuşadan qovdu”
10 Mart 2025 Dumanlı hava şəraiti gözlənilir
10 Mart 2025 Tovuzdan ACI XƏBƏR - Ölən var
09 Mart 2025 İmişlidə bir ailənin 3 üzvü dəm qazından boğularaq ölüb
09 Mart 2025 Dələduzluğun yeni növü yayılıb - Diqqətli olun! VİDEO
09 Mart 2025 Gürcüstanda daha bir zəlzələ
09 Mart 2025 Eks-spikerin qardaşı AXTARIŞA VERİLDİ - Başqasının əmlakını talayıb
08 Mart 2025 “Biz bura ilk gələndə çox pis gündə idi, buranı gözəlləşdirən biz olmuşduq”

Dünyapress TV

Xəbər lenti