Öldürdüyü qadının pulları ilə sevgilisinə qızıl aldı: Bakıda baş verən dəhşətli cinayətin TƏFƏRRÜATI - FOTO
2021-ci il mayın 31-də Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1990-cı il təvəllüdlü Turanə Cəfərova qətlə yetirilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

Qeyd edək ki, Hadisəni törədən Eynur Əlizadə 1993-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub, əvvəllər məhkum olunmayıb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, mayın 31-i gecə saat bir radələrində Eynur Əlizadə cinsi əlaqədə olmaq üçün tanışı Turanə Cəfərovanın Bakıxanov qəsəbəsində, kirayədə yaşadığı mənzilə gəlib. Aralarında olan səmimi münasibətə görə qadın çarpayının döşəyinin altına, avtomobil almaq üçün yığdığı 14 700 manat məbləğində pulu göstərdikdən sonra, Eynur onu öldürmək qərarına gəlib. E.Əlizadə səhər saatlarında T.Cəfərovanın boğazını sıxaraq onu boğmağa başlayıb. Müqavimətini qırmaqdan ötrü Cəfərovanı çarpayıdan döşəməyə yıxıb, yumruqla başına, üzünə və digər nahiyyələrinə çoxsaylı zərbələr vurub. Nəhayət, çarpayının yanında olan naqili qadının boynuna dolayıb, boğmaqla qadını öldürüb və onun pulunu ələ keçirib.

İş üzrə dindirilmiş Eynur Əlizadə bildirib ki, “Türkan” kimi tanıdığı Turanə Cəfərova ilə hadisədən beş ay əvvəl “Instagram” sosial şəbəkəsində tanış olub. Onun profil şəklini görüb, bəyənib:

“Turanə pul müqabilində görüşdüyünü yazdıqda, ona görüşmək istədiyimi bildirdim. Turanə ilə Bakıxanov qəsəbəsində, kirayədə yaşadığı mənzildə intim əlaqədə olmuşuq. Mütəmadi telefonla danışıb, onun evində görüşürdük. Mayın 30-da ona zəng edərək gecə saat 12-dən sonra yanına gəlmək istədiyimi bildirdim. Ayın 31-i gecə saat birin yarısında marketdən iki şüşə pivə və siqaret alaraq, onun mənzilinə qalxdım. Pivə içərkən, Turanə yatağın döşəyini qaldırıb orda olan pullarını göstərərək, həmin məbləğə özünə avtomobil alacağını dedi. Nə qədər pulun olduğunu söyləmədi. Bundan sonra cinsi əlaqədə olduq. Səhər saat doqquzda yuxudan oyananda qadının bacısı ilə telefonla danışdığını gördüm. Turanəni öldürməyi və yatağın altında saxladığı pulları götürməyi qərarlaşdırdım. Qadın yanımda uzanıb telefonla danışmaqda davam edərkən, üstünə atıldım və əllərimlə boğazından tutub onu boğmağa başladım. Bu zaman onun əlindəki telefon yerə düşdü. Turanə mənə müqavimət göstərirdi. Hər ikimiz sürüşərək yataqdan döşəməyə yıxıldıq. Boğazından tutaraq, onu boğmağa davam etdim. Turanə sol əli ilə mətbəx bıçağını götürdükdə, onun əlindən dişlədim və bıçaq yerə düşdü. Qadın döşəmədə dizləri üstə arxaya doğru əyildi və həmin vəziyyətdə müqavimət göstərərək dırnaqları ilə sağ qolumu və burnumu cırmaqladı. Sərinkeşin naqilini götürüb boğazına keçirərək, onu boğdum. Nəfəsinin kəsildiyini görüb artıq onun öldüyünü anladım. Döşəyin altından pulları götürdüm. Hamama keçib üzərimdəki qan ləkələrini yudum. Turanəyə məxsus “iPhone” markalı qara rəngli mobil telefonu götürdüm ki, istintaqda baxış zamanı yazışmalarımız aşkar edilməsin. Evin giriş qapısını çöl tərəfdən bağlayıb mənzili tərk etdim.

Evdən bir az aralanandan sonra yaxın münasibətdə olduğum Aytən adlı qadına zəng edərək, mənimlə birlikdə rayona gedə bilib-bilməyəcəyini soruşdum. Aytən etiraz etmədi. Aytənlə görüşə getməzdən öncə özümə şalvar, ayaqqabı, köynək və idman geyimi aldım. Pulu saydıqda 13 500 manat olduğunu gördüm. Yolun kənarında olan zibil qutusuna torbadakı paltarları və Turanənin telefonunu atdım. Daha sonra taksi ilə Aytənlə görüşəcəyim yerə yollandım. Görüşəcəyimiz yerə çatdıqda taksidən düşüb, Aytənin maşınına əyləşdim. Aytən avtomobili Şamaxı rayonuna qədər idarə etdi. Ona Turanəni öldürdüyümü dedim. Şamaxıda bir qaldıq. Rayonda yerləşən univermaqdan Aytənə 660 manata qızıl-zinət əşyaları aldım. Növbəti gün İsmayıllı rayonuna gedərək, bir gün də orada qaldıq. Səhərisi gün Bakıya qayıtdıq. Aytənin kirayə götürdüyü avtomobili Əhmədli qəsəbəsindəki şirkətə təhvil verdik. Daha sonra özümə 500 manata telefon alıb çayxanaya yollandım. Həmin çayxanada polis əməkdaşları tərəfindən saxlanıldım. Bölmədə törətdiyim cinayəti etiraf etdim”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Şəhadət Cəfərov ifadəsində göstərib ki, doğma bacısı Turanə Cəfərova 10 il əvvəl Mahir adlı şəxslə ailə həyatı qurub və nikahlarından iki övladları dünyaya gəlib:

“Bakıda kirayədə yaşayırdılar. Təxminən üç-dörd il əvvəl Turanə ilə Mahir ayrılıblar. Bacımın sözlərinə görə, o, gözəllik salonunda işləyərək, pul qazanırdı. Ölümündən bir həftə əvvəl telefonla danışanda Turanə hər şeyin qaydasında olduğunu demişdi. Mayın 31-də bacım Nuranə Cəfərova Turanə ilə mobil telefonla danışan zaman qışqırıq səsi gəldiyini və ona nəsə olduğunu bildirdi. Buna görə, avtobusla Ucardan Bakıya gəldim. Bakıxanov qəsəbəsinə çatıb evə qalxdıqda polis əməkdaşları mənə bacımın öldürülməsi barədə məlumat verdilər”.

Ş.Cəfərov qeyd edib ki, Eynur Əlizadəni heç vaxt görməyib və bacısı da həmin şəxs barəsində ona danışmayıb.

Şahid Nuranə Mikayılova bildirib ki, mayın 31-i saat 10 radələrində Turanə ona zəng edərək, söhbət edib:

“Danışarkən, gözlənilmədən bacımın qışqırdığını eşitdim. Sanki kimsə onu boğurdu. Sonra bacımın səsi kəsildi. Qışqırıq səsindən anladım ki, Turanənin başına pis hadisə gəlib. Dərhal telefonu söndürüb, polisə, ardınca da qardaşım Şəhadətə zəng edərək bu barədə məlumat verdim. Həmin gün Bakıya yollanan qardaşım mənə xəbər verdi ki, bacımı öldürüblər”.

Şahid əlavə edib ki, Turanənin tez-tez ünsiyyətdə olduğu şəxslərdən yalnız Asimanı tanıyıb. Bacısı ona Eynur Əlizadə barədə heç vaxt danışmayıb.

Şahid Asiman Qənbərli bildirib ki, pandemiya olduğuna və Suraxanı rayonunda özünə məxsus kafe işləmədiyinə görə, idarə etdiyi “Daewoo Сentra” markalı avtomobillə Turanə Cəfərovanı Bakı şəhərinin müxtəlif yerlərində yerləşən hotellərə aparıb:

“Hər dəfə qadın bunun müqabilində mənə 20 manat pul verirdi. Axırıncı dəfə onu mayın 30-da günorta görmüşəm. Onun evinə gedərək, ondan 80 manat pul almışdım. Ayın 31-də Turanənin nömrəsinə zəng etsəm də, qadın cavab vermədi. Axşam kafedə olanda, polis əməkdaşları ora gələrək, məni bölməyə dəvət etdilər”.

Şahid Aytən Quliyeva ifadəsində göstərib ki, son vaxtlara kimi Nizami küçəsində yerləşən gecə klubunda menecer işləyib:

“Eynur Əlizadə ilə orda tanış olmuşuq. Onunla bir neçə dəfə müxtəlf hotellərdə cinsi əlaqədə olmuşuq. Mayın 31-i saat 10 radələrində Eynur zəng edərək taksi ilə 1 000 manat pul göndərdiyini söyləyərək, gedib şirkətdən kirayə avtomobil götürməyimi tapşırdı.
20 dəqiqədən sonra bir kişi zəng edərək, Eynurun göndərdiyi əmanəti mənə çatdırdı. Bundan sonra Xətai rayonunda yerləşən firmadan “Hyundai Elantra” markalı avtomobili götürüb, “Koroğlu” metrosunun yanına getdim. Yarım saatdan sonra Eynur ora gəldi və birlikdə Şamaxı rayonuna yollandıq. Qolunda və alnında xəsarət izləri görüb nə baş verdiyini soruşduqda, o, kiminləsə mübahisə etdiyini bildirdi. Şamaxıda Eynur zərgər dükanından mənim üçün bir ədəd qolbağ və boyunbağı aldı. İyunun ikisində Bakıya qayıdıb maşını təhvil verdik. Daha sonra polis əməkdaşları məni saxlayıb bölməyə apardılar. Bölmədə bildim ki, ölüm hadisəsi ilə əlaqədar polislər Eynuru axtarırlar”.

Məhkəmə iclasında Eynur Əlizadə ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Eynur Əlizadə Cinayət Məcəlləsinin 120.2.5-ci ( tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eynur Əlizadə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.
 
 
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Bakıda bu ərazilər plana düşdü: Tezliklə söküləcək
25 Noyabr 2024 Rusiya təyyarəsi Antalya hava limanında YANDI - VİDEO (YENİLƏNİB)
24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb

Dünyapress TV

Xəbər lenti