Sıfır bal yığan diplomlu müəllimlərin MƏSƏLƏSİ...
Son vaxtlar ən çox müzakirə olunan mövzulardan biri də bəzi müəllimlərin istər MİQ, istərsə də sertifikasiya imtahanında kifayət qədər bal toplamaması ilə bağlıdır.

Eyni zamanda belə fikirlər səslənir ki, ali təhsil müəssisəsinin məzunu niyə yenidən MİQ imtahanında iştirak etməlidir?

Müəllimlərin imtahanlarda yetərincə bal toplamamasının əsas səbələrindən biri kimi tələbələrə ali təhsil müəssisələrində lazımi biliklərin verilməməsi göstərilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, universitet biliyi müəllim kimi fəaliyyət göstərməyə kifayət etmir. Əslində isə həmin məzunlar diplom ilə işə qəbul olmalı idilər:

“Belə anlaşılır ki, ali məktəblərdəki təhsilə güvənsizlik var. Təəssüf ki, reallıq budur”.

Bu da bir faktdır ki, beynəlxalq reytinq sıralamasında ölkəmizin ali təhsil ocaqları çox nadir hallarda yer alır. İşə qəbul zamanı imtahandan məzunu yetərincə bal toplaya bilməyən universitetlərin fəaliyyəti araşdırılmalıdırmı?

Təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirdi ki, ali məktəblərlə bağlı sovet təhsil sistemində tələb-təklif deyilən bir prinsip olub, ölkədə nə qədər müəllimə ehtiyac olduğu öyrənilib və ona müvafiq olaraq ali məktəblərdə plan yerləri ayrılıb:

“Həmin plan yerlərinə uyğun olaraq ali məktəbi bitirənlər birbaşa təyinatla yerlərə göndərilib. Yəni müəllimlərin işsizliklə bağlı problemi olmayıb. Sonralar bazar iqtisadiyyatına keçid və digər məsələlərlə bağlı təyinat sistemini yığışdırdıq. Tələb-təklif prinsipinə əməl olunmadı. Biz müstəqillik qazananda, keçid dövründə bir sıra sosial-iqtosadi sahələrdə boşluqlar əmələ gəldi. Bundan istifadə edib 70-dən artıq ali-orta ixtisas təhsili müəssisəsi yarandı ki, onlardan 30-u heç bir maddi-texniki bazaya, kadr potensialına malik olmadan müəllim yetişdirməklə məşğul oldu.

Həmin ərəfədə Müəllimləri Təkmilləşdrmə İnstitutu Müəllimlər İnstitutuna çevrildi. Bu institut da müəllimləri təkmilləşdirmək əvəzinə müəllim hazırlığı ilə məşğul olmağa başladı ki, onların da ölkədə 12 filialı yarandı. Sonra onların bir neçəsinin korrupsiya ilə bağlı fəaliyyəti dayandırıldı. Nəticədə müəllim çoxluğu əmələ gəldi. Hazırda statistika aparılsa, bizdə müəllimin sayı tələbatdan 3-4 dəfə artıqdır. Ona görə də məcburiyyət qarşısında mərkəzləşmiş qaydada işə qəbul imtahanla keçirilir.

Bu gün düzgün bir yanaşma da var ki, əgər ali məktəblər müəllim hazırlayırsa, ona diplom verirsə, yenidən onu imtahan etmək nə deməkdir? Bu, ali məktəbin professor-müəllim heyətinə qarşı hörmətsizlik, etimadsızlıqdır. Bununla belə, hazırda bu sistem davam edir. Eyni zamanda, “filan qədər müəllim MİQ imtahanından kəsildi” kimi ifadələrlə də müəllimin nüfuzuna böyük zərbə gəlir”.

O bildirib ki, strategiyada əsas hədəflərdən biri müəllim nüfuzunun qaldırılmasıdır: “Bir vaxt imtahan götürən müəllim, indi imtahan olunur. “Müəllim kəsildi” ifadəsini “müəllim müvafiq keçid balını toplamadı” ifadəsi ilə əvəz etmək olar”.

Ekspertin sözlərinə görə, neçə illərdir ki, müəllimin sertifikasiya, işə qəbul zamanı zəif nəticələri orta məktəblə əlaqələndirilir:

“Halbuki müəllimləri hazırlayan ali məktəblərdir. Hələ bir dəfə də olsun eşitməmişəm ki, ali məktəbin məsuliyyəti barədə fikir səslənsin. Hər zaman orta məktəbləri günahlandırmışıq. Müəllim yetişdirən ali məktəblər hər zaman kənarda qalıb. Bu müəssisələr dəfələrlə gündəmə gəlib. İndi Təhsildə Keyfiyyət Təminatı Agentliyi yarandıqdan sonra məsələ qaldırılıb ki, ali məktəblər akkreditasiyadan keçirilsin. Ali məktəblər niyə yoxlanılmamalıdır, niyə bu qədər diplomlu müəllim gəlib sıfır bal toplayır?

Belə çıxır ki, lazımi səviyyədə hazırlıq keçməyiblər. İndiyədək 10 ali məktəbin akkreditasiyası keçirilib və pedoqoji kadr hazırlığı ilə məşğul olan bu universitetlərin akkreditasiyası keçiriləcək. Bəzi ali məktəblərə növbəti sertifikasiyadan keçmək üçün bir il hazırlıq müddəti verilib. Ümumiyyətlə, günahkar axtarırıqsa, ya ali məktəblər zəif kadr buraxırlar, ya da imtahan edənlər məsələyə obyektiv yanaşmırlar. Başqa, üçüncü yol yoxdur. Nə vaxta qədər müəllimlə bağlı neqativ halları orta məktəblə əlaqələndirəcəyik? Artıq o vaxt çatıb ki, ali məktəblərlə də məşğul olsunlar və müəllim zəif nəticə göstərirsə, səbəbi araşdırılsın.

Metodika,yoxsa işin təşkili düzgün deyil? Akkreditasiya növbəti olaraq pedoqoji kadr hazırlığı ilə məşğul olan universitetlərdə keçiriləndə yəqin ki, o məsələlər də üzə çıxacaq, onlara da müəyyən tapşırıq və göstərişlər veriləcək. Onlar da əsaslandıracaq ki, niyə belə olub. Ümumi rəy ondan ibarətdir ki, ali məktəblərin kadr hazırlığı ilə də məşğul olmağın vaxtı gəlib çatıb”. 
//Cebhe.info//


ŞƏRHİMİZ: İnanaq ki, Emin Əmrullayevin bu işdə heç bir məsuliyyət payı yoxdur...

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti