24 gündür itkin olan şəxsin maşını tapılsa da, özündən xəbər yoxdur.
Xəzərxəbər-in məlumatına görə, Şabran rayonunun Qələgah kənd sakini 65 yaşlı Ənvər Müslümov mayın 20-də gecə saat 4-də yaşadığı evdən avtomobili ilə çıxaraq işi olduğunu deyib.
Üzərindən 15 dəqiqə keçdikdən sonra onun telefonuna zəng çatmayıb.
Bundan narahat olan ailə üzvləri axtarışlara başlayıblar.
İtkən kişinin oğlu Sülhər Müslümov bildirir ki, atasının psixi xəstəliyi olmayıb. O, kənddə əkinçilik və heyvandarlıqla məşğul olub. Heç kimlə də ədavəti yoxdur.
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib.