Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində səyyar bilet satan şəxsin biletləri oğurlanıb. Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1984-cü il təvəllüdlü Bakı şəhər sakini Vüsal adlı şəxs saxlanılıb. Belə ki, Vüsal bilet satışını həyata keçirən yaşlı şəxsdən pozmaq adı ilə 7 ədəd lotoreya bileti almaq istədiyini bildirib. O, lotoreya biletini çıxarıb təqdim etmək istəyərkən Vüsal ondan əlavə bağlı qutularda olan biletləri seçib götürmək istədiyini deyib. Satıcı buna etiraz etməyib, həmin qutuda olan biletlər çıxardıqda Vüsal onu əli ilə itələyib, 200 ədəd və ümumi dəyəri 670 manat lotoreya biletlərini əlindən alaraq qaçıb. Lotoreya biletini satan, zərərçəkmiş şəxs 2-ci qrup əlil olduğundan Vüsalın arxasınca qaça bilməyib. Vüsal oğurladığı lotoreyaları pozaraq, 195 manat qazanıb. Aparılan araşdırma zamanı onun başqa oğurluq hadisələri də törətməsi məlum olub. Məhkəmənin qərarı ilə Vüsal Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və barəsində ümumilikdə 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.