İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından ərzaq yüklü daha 6 gəminin çıxışına icazə verib. Lent.az-ın xəbərinə görə, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.
Gəmilərin ümumi yükü 96 200 tondur. Onlar Türkiyə, Liviya, Rumıniya və İspaniyaya günəbaxan toxumu, taxıl və qarğıdalı daşıyır.