Tiflisdən Podolyaka sərt cavab: Buna haqqın yoxdur!
Heç kimin, o cümlədən, Ukraynanın yüksək rütbəli məmurlarının Gürcüstana qarşı əsassız ittihamlar irəli sürməyə haqqı yoxdur.

Bu sözləri Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının deputatı Mixail Sardjveladze deyib.

O bildirib ki, Ukrayna rəsmiləri Gürcüstan haqqında danışarkən öz tonunu seçməlidirlər:

“Heç kəsin, o cümlədən müharibə aparan ölkənin yüksək rütbəli məmurunun belə bir tonda əsassız, tərəfin inkar etdiyi şəraitdə ittihamlar irəli sürməyə haqqı yoxdur. Əgər kimsə öz söhbətinin tonunu və məzmununu süzgəcdən keçirməlidirsə, bunu, ilk növbədə, məsələn, Podolyak etməlidir”.

Deputat deyib ki, Ukrayna tərəfi miflər uydurur, sonra onlarla özü mübarizə aparır:

“Əsassız və məsuliyyətsiz ittihamlara qarşı sərt cavab alan zaman təəccüblənməyin və heç kimi tənqid etməyin. Çünki Gürcüstan hökumətinin bu cür bəyanatlara qarşı bütün cavabları layiq olduğundan qat-qat balanslı və daha yumşaq şəkildə olub”.

Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak müsahibələrinin birində bildirib ki, gürcü rəsmiləri öz tonunu dəyişməli, əgər hansısa səbəbdən bunu edə bilmirlərsə, Ukrayna ilə bağlı ictimai bəyanatlar verməyi dayandırmalıdırlar.
 

Bölmənin digər xəbərləri

30 İyun 2024  Rusiya ATƏT PA-da fəaliyyətini dayandıracaq? - AKTUAL
30 İyun 2024 Mask Baydenin debatdakı çıxışını məsxərəyə qoyub
30 İyun 2024 Azərbaycan Dövlət Neft Fondu Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təhsil şəbəkəsinə 100 milyon dollar yatırım (?) edib - AXI NİYƏ?
29 İyun 2024 Rusiya ilə danışıqlar nə vaxt başlayacaq? – Zelenskidən açıqlama
29 İyun 2024 ABŞ-dən Ermənistanda 13 milyonluq hədiyyə: Sərhəddə yerləşdiriləcək
29 İyun 2024 Qərb Putinin devirilməsi planına dəstək olacaqmı? (ŞƏRH)
29 İyun 2024 Azərbaycana qarşı çıxan deputatlar: Yenə tanış simalar
28 İyun 2024 Obrayenin Bakı səfərinin 3 sensasion hədəfi - Akyar
28 İyun 2024 İranda prezident seçkisi rəsmi olaraq başlanıb
28 İyun 2024 Putinin Konqo prezidentinə yedizdirdiyi yeməklərin adını AÇIQLAYIB
28 İyun 2024 İki ərəb ölkəsi qəbul etdi – Yaxın Şərqdə çox təhlükəli plan
27 İyun 2024 Putinin planı baş tutsa, Ukrayna sağ qalmayacaq - Şolts
27 İyun 2024 Vaşinqton Şoyqu və Gerasimovun həbs qərarını dəstəkləyib
26 İyun 2024 ABŞ-ın insan alveri haqqında hesabatı: Azərbaycan minimum standartlara uyğun deyil
25 İyun 2024  “Kim təminat verə bilər ki, Paşinyan sabah “Ermənistan yoxdur, Qərbi Azərbaycan var” deməyəcək?” - Şarmazanovdan maraqlı sual
24 İyun 2024 DƏRBƏNDDƏ VƏ MAHAÇQALADA TERROR AKTLARI TÖRƏDİLİB - Ölənlərin və yaralananların sayı artır + VİDEOLAR (Yenilənib)
24 İyun 2024 PAŞİNYAN "ERMƏNİ ÜÇLÜYÜNƏ" SAVAŞ AÇIB... - İrəvan Azərbaycanın haqlı mövqeyini dəstəklədi
24 İyun 2024 Dağıstanda terror aktı: “Döyüş artıq başa çatıb”
24 İyun 2024 Dünyanın ən kiçik 10 ölkəsi – SİYAHI
22 İyun 2024 Rusiya XİN rəhbərinin müavini İranla nüvə sazişi barədə danışdı

Dünyapress TV

Xəbər lenti