Mixail Podolyak bəyan edib ki, danışıqlar yalnız atəşin dayandırılmasından və Rusiya ordusunun Ukraynadan çıxarılmasından sonra başlana bilər.
Almaniyanın sabiq kansleri Herhard Şröder bəyan edib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara açıqdır. Belə fikirlər kapitulyasiyaya dəvət kimi qiymətləndirilə bilər.
Bu barədə Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixail Podolyak «Tvitter»də yazıb.
«Rusiya bir əli ilə terrorun dərəcəsini yeni barbar cinayətlərlə artırır, digəri ilə kapitulyasiyaya dəvət edir. Şröder Rusiyada məşhurdur və çar sarayında səsdir. Əgər Moskva dialoq istəyirsə, top onun sahəsindədir» - xəbərdə deyilir.
Onun sözlərinə görə, danışıqlar yalnız atəşin dayandırılmasından və ordunun Ukraynadan çıxarılmasından sonra ola bilər.