Cari ilin aprel ayında Ermənistanda Milli Arxivin bir qrup əməkdaşına, o cümlədən arxivin direktorunun keçmiş müavini Sonya Mirzoyana qarşı ittiham irəli sürülüb.
"DogruXeber.az" erməni KİV-ə istinadən xəbər verir ki, Sonya Mirzoyana qarşı Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 418-ci (dövlətə xəyanət) və 424-cü maddələri (casusluq) ilə cinayət işi açılıb.
Məlumata görə, azərbaycanlılara müxtəlif illərdə Ermənistanda azərbaycanlı əhalinin sayı və yerləşməsi barədə məlumat verilib. Bu, məxfi məlumat olmasa da, bunun pulla verilməsi cinayət sayılıb.
Buna görə də o, işdən çıxarılaraq ev dustaqlığına buraxılıb.