Bakı – Tbilisi qatarı nə zaman bərpa ediləcək? – AÇIQLAMA
Gürcüstan mətbuatının yaydığı məlumata görə, Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması may ayının sonunda – Gürcüstanın Müstəqillik Günü (26 may) və Azərbaycanın Respublika Günü (28 may) münasibətilə bərpa olunmalıdır.
Məlumatda qeyd edilirdi ki, ilk qatar Gürcüstanın Müstəqillik Günü – 26 Mayda və Azərbaycanın Respublika Günü – 28 Mayda hərəkətə başlayacaq.

Yayılmış məlumata əsasən, “Gürcüstan Dəmir Yolları” öz növbəsində birtərəfli biletin qiymətini müəyyən edib və tarif cədvəlini azərbaycanlı tərəfdaşlarına göndərib.

Bu mərhələdə Gürcüstan kupe biletlərini 50 lariyə (30.97 manat), yataq tipli vaqon biletlərini isə 70 lariyə (43.35 manat) satmağı Azərbaycana təklif edir.

Yayılan xəbərlə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev açıqlama verib.

Qurumun rəsmisinin sözlərinə görə, bu xəbərlər həqiqəti əks etdirmir:

“Yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə informasiyaları Azərbaycan tərəfindən, dövlət qurumları ilə dəqiqləşdirmək lazımdır. 2020-ci ildən etibarən quru sərhədlər bağlı olduğuna görə, Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı qərarı çərçivəsində beynəlxalq istiqamətlərdə qatarla sərnişin daşınması dayandırılıb. Dəmir yolu ilə sərnişindaşımanın bərpası ilə bağlı hər hansı bir yenilik yoxdur”. /Azxeber

Bölmənin digər xəbərləri

29 May 2025 Xruşovun böyük rüsvayçılığı - Albaniya SSRİ-dən 4 sualtı qayığı zorla necə alıb?
29 May 2025 İlham Əliyev Trampın məktubunu yüksək qiymətləndirib
29 May 2025 Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü QƏBUL ETDİ
29 May 2025 ABŞ bu xarici məmurlara viza verməyəcək - SƏBƏB
29 May 2025 Tramp Türkiyədəki o fiquru Suriyaya səfir təyin etdi: yeni dönəm başladı - FOTO
29 May 2025  Əgər SSRİ hələ də varsa... – Absurd təhdid
29 May 2025 Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb - “European Pravda”
29 May 2025 "Oğru" adından imtina etdi, "Yaşasın Putin!" qışqırdı
28 May 2025 Putin Qərbə ultimatum verdi: Ukrayna NATO-ya üzv olmayacaq, sanksiyalar ləğv edilməlidir
28 May 2025 Melaniya Tramp əsəbləşdi: Yalandır...
28 May 2025 “Rusiya SSRİ-nin dağılmasından sonra eyni imperial sindromu yaşayır” – “Buyursunlar, nüvə silahını paylasınlar...”
28 May 2025 Erməni yalanlarını ifşa edən nadir Xəritə
28 May 2025 Miqrant düşərgəsində atışma: ölənlər var
28 May 2025 “Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! – VİDEO
28 May 2025 Diplomatlara hücumlar və ya real qəhrəmanlar olmayanda - VİDEO
28 May 2025 Tramp: “Putin odla oynayır”
27 May 2025 "Putin Ukraynanı bu planla əzəcək" - ŞOK DETAL + XƏRİTƏ
27 May 2025 Rusiya üçün gerisayım başladı: Trampdan TƏCİLİ QƏRAR gözlənilir
27 May 2025 Kömür mədənində partlayış olub, ölən və yaralananlar var
27 May 2025 Paşinyan alqışladı, gözlər Əliyevə çevrildi – Hansı qərar veriləcək?

Dünyapress TV

Xəbər lenti