Andrey Sibiqa: Türkiyə ilə Ukraynanın təhlükəsizlik təminatında iştirakı müzakirə olunub
Türkiyə bizim ən mühüm strateji tərəfdaşlarımızdan biridir. Türkiyə təmsilçiləri ilə görüşlər zamanı Qara dənizdə təhlükəsizlik və ola bilsin ki, Türkiyənin Ukraynanın gələcək infrastrukturunda, gələcək təhlükəsizlik təminatlarında iştirakı müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Ukrinform”a müsahibəsində bildirib. “Biz sülh səylərimizi dəstəkləməkdə Türkiyənin fəal roluna ümid etməyə davam edirik. Biz bu səyləri alqışlayırıq. Türkiyə Qara dəniz bölgəsində çox mühüm rol oynayır. Əsirlərin azad edilməsində Türkiyə bizə kömək etdi və bütün bunlar gündəmdə qalır. Ona görə də biz yalnız strateji tərəfdaşımız Türkiyə ilə ikitərəfli əlaqələri dərinləşdirəcəyik”, - deyə Andrey Sibiqa əlavə edib.

Nazirin sözlərinə görə, Antalyada ikitərəfli və çoxtərəfli görüşlərin, müzakirə panellərində iştirakın nəticələrindən aydın olan odur ki, hər kəs Ukraynada müharibəyə ədalətli şəkildə son qoymağın zəruriliyini və vacibliyini dərk edir. “Onlar Ukrayna üçün hərtərəfli və ədalətli sülhün əldə edilməsini, bu səbəbsiz müharibəyə son qoymaq və Rusiya təcavüzünü dayandırmaq üçün bu yolda Ukraynanın səylərini artırmaq zərurətini dəstəkləyirlər”,- deyə XİN başçısı bildirib.

Andrey Sibiqa qeyd edib ki, Rusiyadan müharibənin dayandırılması istiqamətində ilk addım kimi Amerika tərəfinin atəşkəs yaratmaq təkliflərinə aydın cavab, qeyd-şərtsiz cavab verməsi tələb edilməlidir. “Bunu Rusiyadan tələb etmək lazımdır. Biz gəlib mövqeyimizi bildirəndə isə həmsöhbətlərimiz yanaşmalarımızı dəstəkləyir. Onlar aydın görür və başa düşürlər ki, ədalətli sülhün əldə olunmasına maneə olan Ukrayna deyil.

Biz Ciddədə Amerika tərəfinin təklifini qəbul etdik, Rusiya isə yalnız Ukraynanın mülki obyektlərinə hücumları artırdı və enerji obyektlərinə zərbələr də daxil olmaqla raket terrorunu gücləndirdi. Bizdə statistika var. Dünən Ciddə görüşündən düz bir ay keçmişdi. Bundan sonra ruslar Ukraynada 70-ə yaxın raket, 2200-dən çox “Şahed” tipi dron və 6000-dən çox bomba atıb”, - deyə nazir vurğulayıb.

Bölmənin digər xəbərləri

14 Aprel 2025 Rusiyadan xəbərdarlıq: “Bu, ağrılı proses olacaq, o cümlədən Ermənistan əhalisi üçün”
14 Aprel 2025 Metyu Brayza artıq respublikaçılar arasında da Tramp əleyhinə səslərin qalxdığını vurğuladı...
14 Aprel 2025 “Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 Aprel 2025 Ermənistanda növbədənkənar seçki nə vaxt və necə keçiriləcək? - AKTUAL
13 Aprel 2025 İran Omanda ABŞ-la danışıqların necə getdiyi barədə məlumat yayıb
13 Aprel 2025 Azərbaycanda ən çox viza bu ölkələrə verilib — SİYAHI
13 Aprel 2025 Tramp koqnitiv testdən keçdi
13 Aprel 2025 Putinin sadiq casusu – “Baron” geri döndü – FOTO
12 Aprel 2025 Yunanıstan Türkiyəni təhqir edən hərbçilərini cəzalandırdı
12 Aprel 2025 106 milyard dollar sərvəti var - Cəmi 1 faizini övladlarına verəcək
12 Aprel 2025 Trampın Əliyevə məktubundakı açar cümlə...
12 Aprel 2025 Trampın nümayəndəsi "Ukraynanın bölünməsi" planını açıqlayıb?
12 Aprel 2025 Trampdan "Möhtəşəm" Strateji Qərar
11 Aprel 2025 Üç paytaxtdakı anti-Azərbaycan təşkilatı
11 Aprel 2025 Bakı və İrəvan sülh sazişini bu şəhərdə imzalayacaq
11 Aprel 2025 imonyan: "Yəqin ki, Ermənistan birdəfəlik silinəcək"
11 Aprel 2025 Moskva Tehranı qoruyurmu, yoxsa Vaşinqtonla balans oyunu oynayır?
11 Aprel 2025 Axios: İran ABŞ-la müvəqqəti nüvə sazişi imzalamağı düşünür
11 Aprel 2025 Ermənistan prizmasından Iranla təlimlər siyasi mesaj xarakteri daşıya bilər - Ekspert danışır...
11 Aprel 2025 Moskva öz dostlarına da “müharibə” elan edir? – Qəribə qadağa

Dünyapress TV

Xəbər lenti