Aİ-nin “qara siyahı”sına düşən azərbaycanlı kimdir? -
Aİ hazırda Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün alətlər hazırlayır.
TEREF Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Arianna Podesta cümə axşamı, sentyabrın 12-də keçirdiyi brifinqdə məlumat verib.
Jurnalistin konkret şirkətlərə və gəmilərə qarşı sanksiyaların nəzərdə tutulub-tutulmadığını, Rusiyanın qeyri-qanuni neft ticarətindən ayda 18-19 milyard avro qazandığını, 600-ə yaxın “kölgə donanması” tankerinin cəlb etməklə 60 dollarlıq “qiymət tavanı”na məhəl qoymadığını soruşduqda, o, AB-nin indi yeni sanksiya alətləri üzərində işlədiyini qeyd edib.
“Sanksiyalar davam edən prosesdir, çünki Rusiya daim sanksiyalardan yan keçməyə çalışıb və buna görə də bu cür yayınma manevrlərini aradan qaldırmaq üçün zamanla bizim sanksiyalar paketimiz dəyişib. Mən bilirəm ki, bu proses müxtəlif mərhələlərdə davam edir”, deyə o əlavə edib.
“Bloomberg”in məlumatına görə, az tanınan, o cümlədən bir ildən az əvvəl yaradılmış şirkətlər Rusiyadan gündə təxminən 1,5 milyon barel neft ixracında iştirak edir.
Onlardan ən əsası arxasında Azərbaycan vətəndaşı Tahir Qarayevin durduğu “Coral Energy” şirkətidir. Avqustun sonunda məlum olub ki, şirkət rəhbərliyi tərəfindən səhmlərin geri alınması başa çatdıqdan sonra “Coral Energy Group” adının “2Rivers Group”a dəyişdiyini elan edib. 2022-2023-cü illərdə “CoraI Energy” Qərb mediası nəşrlərində Rusiya neft və neft məhsullarının satışı üzrə ən güclü operatorlardan biri kimi görünüb.
Sirli “Coral Energy korporasiyasına gəlincə, milyardlarla dollar dövriyyəsi olan şirkət və onun azərbaycanlı sahibi haqqında açıq mənbələrdə çox az məlumat var. Yalnız məlumdur ki, 43 yaşlı Qarayev Oksford məzunudur və 2010-cu ildə Dubayda şirkətini təsis edib. Şirkətin Cenevrə və Sinqapurda ofisləri var. O da məlumdur ki, Tahir Qarayev əsasən Moskvada yaşayır, lakin tez-tez Dubay və Cenevrədə olur

“Energy Intelligence”nin 2022-ci ilin iyununda dərc etdiyi araşdırmadan belə məlum olur ki, Tahir Qarayevin şirkəti kölgədə qalmağa üstünlük verir. Dünya mediasına sızan kifayət qədər az məlumat bu qurumun əvvəllər Rusiyanın dövlət neft konserni “Rosnef”lə əməkdaşlıq etdiyi qənaətinə gəlməyə imkan verir. Həmçinin məlum olub ki, “Coral Energy” hazırda Türkiyə, Saharaaltı Afrika və dünyanın digər regionlarında ticarət edir. Korporativ sənədlərə əsasən, “Coral Energy” 100 faiz Azərbaycan vətəndaşı Tahir Qarayevin təsis etdiyi Dubayda yerləşən “Vetus Investments” şirkətinə məxsusdur.
Yada salaq ki, Vaşinqton və London öz məlumatlarına əsasən, İrandan Rusiya Federasiyasına hərbi nəqliyyatda iştirak edən şəxslər və şirkətlərə məhdudiyyətlər qoyub. Böyük Britaniya Rusiya Aerokosmik Qüvvələrinə qarşı sanksiyalar tətbiq edib.
ABŞ Dövlət Departamentinin press-relizində qeyd edildiyi kimi, bu şirkətlər “Rusiya Federasiyasının iqtisadiyyatının dəniz sektorunda fəaliyyət göstərib və ya fəaliyyət göstərirlər”. ABŞ səlahiyyətlilərinə görə, “Vafa Wholesale Ltd” İranın PUA ilə əlaqəli avadanlıqlarını Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya daşıyan gəmilərə sahibdir.
Konkret olaraq, söhbət ABŞ-ın da sanksiyalarına məruz qalan “Vəfa” və “Vəfa-1” gəmilərindən gedir. “Sea River Service” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus gəmilər arasında “Omski-103”, “Omski-119” və “Zakamsk” gəmilərinə məhdudiyyətlər qoyulub. ABŞ səlahiyyətlilərinə görə, “Omski-103” gəmisi digər şeylərlə yanaşı, 2024-cü ilin fevralında Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya sursat daşıyıb. Tətbiq olunan sanksiyalara görə yuxarıda adı çəkilən şirkətlərin ABŞ-dakı və ya ABŞ vətəndaşlarının əlində olan bütün əmlakları dondurulub. Dövlət Departamenti qeyd edir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) məlumatlandırılmalıdır.
Sentyabrın 10-da Böyük Britaniya Rusiyanın “Skif-V”, “Omski-103”, “Musa Cəlil”, “Baltiyski” və “Begey” gəmilərinə qarşı sanksiyalar elan edib. Böyük Britaniya hökumətinin saytında qeyd edildiyi kimi, bu gəmilər İrandan Rusiyaya hərbi yüklərin daşınmasında iştirak edir.
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı
19 Noyabr 2024 Almaniyadan viza qərarı: 1,3 milyon işçi çatışmazlığı var, yeni sistem tətbiq olunur
18 Noyabr 2024 Almaniyanın vitse-kansleri Azərbaycana gəldi
18 Noyabr 2024 Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb.
18 Noyabr 2024 Tiflisdə müxalifət yürüş keçirib

Dünyapress TV

Xəbər lenti