Qəzza zolağında altı girovun öldürülməsindən sonra İsrail kütləvi etirazlara məruz qalıb. Yarım milyona qədər insan Qüds, Təl-Əviv və digər şəhərlərdə nümayiş keçirərək, baş nazir Benyamin Netanyahudan HƏMAS-ın əsirliyində qalan 101 girovu evlərinə qaytarmaq üçün daha çox iş görməsini tələb edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Reuters xəbər verir.
Qeyd olunur ki, ölkə rəhbərliyinin əsir vətəndaşları azad edəcək atəşkəs sazişi bağlaya bilməməsi səbəbindən İsrail cəmiyyətində məyusluq artıb.