Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) 80 il sonra nasistlərin Krımda repressiv siyasətinə dair sənədlərin məxfiliyini ləğv edib.
TEREF bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Almaniya-Rumıniya kəşfiyyat xidmətləri, cəza orqanları və yarımadadakı hərbi hissələrin əməkdaşlarının cinayətləri ilə bağlı yeni məlumatların məxfiliyi ləğv edilib.
Xüsusilə, həbs düşərgələrində, həbsxanalarda, xüsusi qaz furqonlarında hamilə qadınların, qocaların, uşaqların, ruhi xəstələrin qətliamları barədə ictimaiyyətə məlumat verilib. Cəza dəstəsinin üzvlərindən Müller Eberhardın məhkəmə prosesinin materialları da açıqlanıb ki, burada hərbi əsirlərin damara müxtəlif məhlulların vurulması ilə işgəncələrə məruz qalmasından bəhs edilir.
Krımın azad edilməsi əməliyyatı 1944-cü il aprelin 8-dən mayın 12-dək davam edib. Əvvəlcə Qırmızı Ordu Armyanska, daha sonra aprelin 11-də Kerç, Cankoy və Krasnoperekopska daxil olub, aprelin 13-də Sovet qoşunları Simferopol, Beloqorsk, Köhnə Krım, Yevpatoriya və Feodosiyanı, 14 apreldə Sudak və Baxçasarayı, mayın 9-da isə Sevastopolu azad edib.//Qaynarinfo