Ermənistanın "cahil cəsarəti"... -
Rusiya sərhədçilərinin İrəvanda yerləşən Zvartnots hava limanında fəaliyyətini dayandırmaq tələbi ilə Ermənistanın Rusiyaya göndərdiyi rəsmi məktub iki ölkə arasında onsuz da "incələn" münasibəti daha da gərginləşdirib. Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
Ukrayna müharibəsində vəziyyətin Zelenski əleyhinə gərginləşdiyi, Ukrayna prezidentinin müharibədən sülh ritorikasına keçdiyi və Qərb dünyasının "əlini-ətəyini" bu müharibədən çəkib, Ukraynanı bir növ Rusiyaya "yem" etdiyi bir zamanda Ermənistan iqtidarının bu sayaq "cəsarət"i haradan qaynaqlanır?

Türkiyəli və rus siyasi ekspertləri Ermənistanın bu addımını öz analizlərində "göz görə-görə özünü oda atmaq", "Ermənistandan cahil cəsarəti" kimi təhlil edirlər.

Bəs həqiqətənmi, bu addım sözün əsl mənasında "cahil cəsarəti"dir?
"Aysberqin görünməyən üzü"ndə nə gizlənib?
Davam edən bu gərginliyin nəticəsi Rusiyanın Ermənistana açıq hərbi müdaxiləsi ilə yekunlaşa bilərmi?
Bir həftəni tamamlayan bu gərgin situasiyanın səbəb və nəticələri barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Bizimyol.info xəbər portalının suallarını şərh edib.

"Ermənistan hökuməti Rusiya ilə vəziyyəti gərginləşdirməkdə davam edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı da kəskin qərarlar verməsi mümkündür. Əvvəl bu təşkilatda fəaliyyəti dondurmağı təklif etsələr də, indi De-yuri çıxmağı seçə bilərlər.

İndi Zvarnots hava limanından rus hərbçilərinin çıxarılmalarını istəmək, o demək deyil ki, Rusiya həmin dəqiqə Ermənistanın bu istəyini yerinə yetirəcək. Amma fakt budur ki, həmin rus hərbçiləri illərdir o hava limanında xidmət göstərirlər. Eyni zamanda Ermənistanın İran və Türkiyə ilə həmsərhədində də bu hərbçilər xidmət keçirlər. 1990-cı illərdə Ermənistanla Rusiya arasında sərhədlərin qorunması yönündə müqavilə olduğundan, Rusiya Ermənistanın bu istəyini geri çevirə bilər. Lakin Ermənistan hökuməti bu məsələdə dirənsə və tələbini artırsa, bəli, o zaman hesab edirəm ki, Rusiyanın Ermənistana hərbi müdaxilə riski arta bilər".

Ermənistanın təhlükəsizlik konsepsiyasını formalaşdıran məhz Rusiya dövləti və onun bu ölkədə olan hərbçiləridir. Yəni bu konsepsiya bir növ rus hərbçiləri üzərində qurulub. Rus hərbçiləri qəfil Ermənistanı tərk etdiyi təqdirdə (ki, bu da mümkün ehtimallardan biridir), Ermənistanın təhlükəsizlik konsepsiyasının aqibəti necə olacaq?
"Ermənistanın Türkiyə ilə 345 km-lik sərhədi var. Əgər Paşinyan Türkiyə ilə münasibətləri normallaşdıra bilsə, bu sərhəddə rus hərbçilərinin dayanmasına ehtiyac qalmayacaq. Sadəcə olaraq, Paşinyanın problemi ondadır ki, Türkiyə ilə Azərbaycanla məsələlərin nizamlanma prosesini yubadır. Əgər Ermənistan bu iki ölkə ilə münasibətləri normallaşdıra bilsəydi, rus hərbçilərinin Ermənistandan çıxarılması daha ağrısız həyata keçirilə bilərdi. Amma indiki halda Rusiya Ermənistan tərəfinin bu tələblərini cavabsız qoymayacaq" - deyə, politoloq qeyd edib.
 

Son illərdə bölgələrdə və paytaxtda sakinlər arasında narazılıq yaradan əsas məsələ Azəriqaz İstehsalat Birliyinin tətbiq etdiyi cərimələrdir. Sakinlər bu cərimələrin onlara sayğaca müdaxilə iddiası ilə tətbiq edildiyini bildirsələr də, heç bir halda belə bir qanunsuzluğa yol vermədiklərini deyirlər. Bu etirazların ölkə mediasında və sosial şəbəkələrdə yayılması sakinlərin heç də haqsız olmadığını deməyə əsas verir.

İşin qəribə tərəfi budur ki, "Azəriqaz” sayğacın zədələnməsi iddiası ilə sözügedən qurğuları dəyişdirib və yalnız bundan sonra müdaxilə edilməsini əsas gətirərək cərimə yazır.

Məsələ ilə bağlı dəfələrlə mətbuatda və sosial şəbəkələrdə şikayətlər dərc olunub.

Qeyd olunan məsələ ilə bağlı Cəlilabad rayonunda da vəziyyət kritikdir.

Omedia.az məsələ ilə bağlı statistik araşdırma aparıb.

Məlum olub ki, son 2 ildə "Azəriqaz İB"-nin Lənkəran regional idarəsinin Cəlilabad xidmət sahəsi üzrə 300-ə qədər vətəndaşa əsassız cərimə yazılıb.

Əsassız olduğunu deməyimizin isə tam qanuni əsası var. Son iki ildə cərimə yazılan vətəndaşlar arasında 123 abonent Cəlilabad rayon Məhkəməsində "AZƏRİQAZ" İB-nin Lənkəran regional idarəsinin Cəlilabad xidmət sahəsinə qarşı cərimənin əsassız olması ilə bağlı iddia qaldırıb.

Yekun qərar çıxarılan 103 məhkəmə işinin hamısında məhkəmə vətəndaşları haqlı hesab edib, Cəlilabad xidmət sahəsinin əməkdaşlarının yazdığı cəriməni əsasız hesab edib və borcun silinməsi qərarını verib.

Hal - hazırda Cəlilabad rayon məhkəməsində 20 nəfərin analoji iddia ərizəsi baxılma mərhələsindədir.

Vətəndaşlara yazılan cərimələrin məbləği minumum 127 azn, maksimum 4500 manat arasında dəyişir.

Cəlilabad rayonunda məhkəmə qararı ilə son 2 ildə əsasız hesab edilən cərimənin məbləği isə nə az nə çox düz 85min 560 manatdır (85.560 azn).

Cərimənin yazılması isə sahə əməkdaşları tərəfindən bir birinə oxşar hallarla həyat keçirilir.

Azəriqaz İB-nin Lənkəran regional İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları vətəndaşın yaşadığı evə quraşdırılmış qaz sayğacına baxış keçirmiş, sayğacın istismar müddəti bitdiyi üçün çıxararaq aparırlar və vətəndaş üçün yeni sayğac quraşdırılır. Həmin vaxt köhnə sayğacda kənar müdaxilənin olması barədə hər hansı irad və ya akt tərtib edilmir bir neçə gün sonra jsə akt tərtib olunur və həmin aktda guya sayğaca müdaxilə olunduğu göstərilir.

Məhkəmə qərarların araşdırarkən məlum olur ki, həmin qaz sayğaclarına Azəriqaz» İB-nin Lənkəran regional İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşı olan nəzarətçilər mütəmadi olaraq baxış keçirirlər, belə bir müdaxilə olsaydı nəzarətçilər bunu aşkar edərdilər. Mübahsəli akt tərtib olunan zaman vətəndaşın iştirakı təmin edilmir və abonentlər həmin aktdan sonradan xəbər tuturlar.

Rayonlar arasında ən çox məhkəməyə müraciət isə Abşeron rayonun payına düşür.

Belə ki, son iki ildə Abşeron rayon sakinləri tərəfindən cərimələrin silinməsi ilə bağlı 3000 dən çox müraciət Abşeron rayon Məhkəməsinə daxil olub, 2250 halda yekun qərar verilib, 2218 halda vətəndaş haqlı hesab edilib.

Cəlilabad rayonu üzrə bu sahədə olan araşdırmanın ikinci hissəsi növbəti yazımızda olacaq.

Qeyd olunanlarla bağlı adı çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1709920497_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1709920516_3.jpg
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?
24 Noyabr 2024 "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam" - Vitse-prezident
24 Noyabr 2024 Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
24 Noyabr 2024 Tramp Ukrayna ilə bağlı planını nə vaxt təqdim edəcək?
24 Noyabr 2024 COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
24 Noyabr 2024 Gürcüstanda etirazların yeni dalğası: Hər kəs meydana toplaşdı – VİDEO
23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO

Dünyapress TV

Xəbər lenti