“Almaniya hakimiyyət orqanları rusiyalı müxbirlərə toxunarsa, alman jurnalistlər Rusiyanı tərk edəcəklər”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Demək istəyirəm ki, onlar (Almaniya hakimiyyət orqanları - red.) Berlindəki diplomatik kanallar vasitəsilə bu barədə artıq məlumatlandırılıblar. Əgər onlar rusiyalı müxbirlərə toxunsalar, planlarını sona qədər çatdırsalar, alman jurnalistlər Rusiyanı tərk edəcəklər”, - deyə Rusiya XİN sözçüsü bildirib. Mənbə: info.sibnet.ru