“Borel və Makron Azərbaycanın müstəqil siyasətini qəbul edə bilmir”
“Azərbaycan müstəqil bir ölkədir, öz siyasətini sərbəst şəkildə idarə edir. Həmçinin qalib ölkədir. Lakin Avropa İttifaqı Azərbaycanın əldə etdiyi nailiyyətlərlə qürurlana bilmir. Çünki onlar qalib deyillər, onlar müstəqil və sərbəst ölkələr sayılmırlar. Avropa Şurasına daxil olan ölkələr ABŞ-a tabedirlər və ABŞ-ın maraqları çərçivəsində siyasət həyata keçirirlər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.

“Məhz paxıllıqları səbəbindən...”

Politoloq Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borelin Bakıya qarşı qərəzli açıqlamalarını, Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqaz planlarını şərh edərkən, sözügedən siyasətçilərin müstəqil dövlətlərə qarşı aqresiyalarının başadüşülən olduğunu deyib:

“Bu paxıllıqlar səbəbindən bəzi avropalıların, Borel və Makron kimilərinin ağzından bir sıra xoşa gəlməyən ifadələr çıxır. Həmçinin başqa bir səbəb də var. Məlum olduğu kimi, Fransada erməni lobbi qrupları çox aktiv işləyirlər. Orada böyük erməni icması var. Onlar prezident Makron və bir sıra siyasətçiləri maliyyələləşdirirlər. Buna görə də, o, Azərbaycana qarşı belə çıxışlar edir. Çünki belə açıqlamalar lobbiçi qrupların xoşuna gəlir.

Biz bilirik ki, nə Fransa, nə Avropa İttifaqı öz millətinin, xalqının maraqları haqqında düşünmür. Onlar ancaq özlərinin geosiyasi hökmünü göstərmək istəyirlər. Ancaq anti-Azərbaycan çıxışları, bəyanatlar boşu-boşunadır və heç bir nəticəsi yoxdur. Azərbaycan xalqı öz sözünü tutan liderini prezident seçib və buna görə də, məncə Avropanın, Fransanın bu istiqamətdə nə isə etməsi əbəsdir. Çünki onlar prezident Əliyevə paxıllıq edirlər”, - deyə politoloq qeyd edib.

“Fransa Ermənistanı özünün koloniyası etməyə çalışır”

Hazırda Fransanın və Aİ-nin yalnız Azərbaycana qarşı deyil, Rusiyaya qarşı da siyasət yürütdüyünü deyən Qrevtsova, Moskvanın Fransaya layiqli cavab verəcəyini bildirib:

“Moskva Paşinyanın Rusiyaya qarşı kritik çıxışlarından, sözsüz ki, narazıdır. Burada prinsipcə Moskva üçün yeni heçnə yoxdur. Paşinyan daha əvvəl də aktiv olaraq Qərblə tərəfdaşlıq etmək istəyirdi. Biz isə çox gözəl bilirik ki, Qərb, əsasən də Fransa Ermənistanı Moskvadan qopararaq, onu özünün koloniyası etmək istəyir. Hansı ki, bu, neokolonizmin yeni bir növüdür.

Məlum olduğu kimi Fransa Afrikada süquta uğradı. Buna görə də, Fransa Moskvanı Cənubi Qafqazdan çıxararaq öz heyfini almaq istəyir. Fransanın belə tez zamanda Ermənistanla yaxınlaşmasının məqsədi Rusiyanın reputasiyasını Ermənistanda aşağı salmaq və erməni icmasını Rusiyaya qarşı yönəltməkdən ibarətdir. Paşinyan isə öz xalqının maraqları haqda düşünmür. O ancaq Fransanın verdiyi tapşırıqları yerinə yetirir. Ümid edir ki, belə etməklə Fransa ona hər tərəfli kömək edəcək”, - deyə politoloq bildirib.

Müsahibimiz qeyd edib ki, Azərbaycana qarşı şərti sərhəddə törədilən təxribatların arxasında Fransa dayanır:

“Yaxın zamanlarda ermənilərin törətdiyi təxribatlar da bir növ Fransanın buyruğu ilə həyata keçirilib. Fransaya xüsusən Ermənistanın sərhədyanı bölgələrində “monitorinq” aparanların sayını artırmaq vacib idi. Fransanın hazırda əsas məqsədi Ermənistan xalqına, erməni elitasına təzyiq etməyə və onları aktiv olaraq Rusiyaya qarşı olmağa yönəlib. Hansı ki, Paşinyan açıq-aşkar bununla məşğuldur.

Ancaq biz görürük ki, Fransanın Ermənistana xoş sözlər deməkdən başqa hansısa hərəkəti yoxdur. Fransanın bu cür addımların regionda sülhün bərqərar olmasına qarşıdır”, - deyə Qrevtsova əlavə edib.
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?
24 Noyabr 2024 "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam" - Vitse-prezident
24 Noyabr 2024 Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
24 Noyabr 2024 Tramp Ukrayna ilə bağlı planını nə vaxt təqdim edəcək?
24 Noyabr 2024 COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
24 Noyabr 2024 Gürcüstanda etirazların yeni dalğası: Hər kəs meydana toplaşdı – VİDEO
23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO

Dünyapress TV

Xəbər lenti