Kaluqa Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Alan Tskaev tibb müəssisəsinin problemlərindən danışaraq Rusiya prezidenti Vladimir Putinə müraciət edən tibb bacısını məhkəməyə verib.
32gun.az Rusiya KOV-nə istinadən xəbər verir ki, iddia Kaluqa Rayon Məhkəməsi tərəfindən qeydə alınıb.
Kaluqa Rayon Məhkəməsinin məlumatına görə, Tskaev fevralın 13-də “Şərəf, ləyaqət, işgüzar nüfuzun qorunması haqqında” iddia qaldırıb.
2024-cü ilin yanvarında regional xəstəxananın tibb bacısı Elmira Zaydulina müəssisənin problemlərindən Putinə şikayət edib. O, müraciətində dərman, sarğı qıtlığı, həkimlərin ixtisarı və maaşları barədə ətraflı danışıb. Qadın 2019-cu ildə xəstəxananın baş həkimi Alan Tskaevin 9 milyon rubl mükafat aldığını qeyd edib.
Qeyd edilib ki, 2021-ci ilə qədər Tskaev Kaluqa vilayətinin səhiyyə naziri vəzifəsində çalışıb . Bölgənin qubernatoru Vladislav Şapşa qalmaqaldan sonra Tskaevin istefa verdiyini açıqlayıb . Daha sonra sosial şəbəkələrdə məlumat yayılmağa başladı ki, Tskaev Kaluqa Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi kimi 2019-cu ildə 9 milyon 38 min rubl mükafat alıb ki, bu da regionda baş həkimin standart mükafatından 170 dəfə çoxdur.