Rusiyanın məşhur “Novaya qazeta” qəzetinin baş redaktoru Sergey Sokolov həbs edilib.
“AzPolitika” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Sokolov “Rusiya ordusunu diskreditasiya” maddəsi ilə ittiham olunaraq, polis şöbəsinə aparılıb.
Xəbərdə deyilir ki, jurnalistə qarşı qaldırılan iş "Novaya qazeta"da gedən yazılıardan birilə bağlıdır. İnzibati işə Moskvanın Perovski Məhkəməsində baxılacaq.
Xatırladaq ki, Sokolov bu vəzifədə Nobel mükafatı laureatı Dmitri Muratovu əvəz edir. O, 90-cı illərdən "Novaya qazeta"da işləyir, nəşrin yaradıcılarından biridir.
Müharibə başlayandan sonra qəzetin redaksiya heyəti iki yerə bölünüb - jurnalistlərin bir hissəsi Rusiyada qalıb. Digərləri xaricə gedərək, Rusiya hakimiyyətinin “arzuolunmaz təşkilat” elan etdiyi "Novaya qazeta Avropa”-nı təsis edib. Qəzetin Rusiyadakı redaksiyası hərbi senzuranın tələblərini nəzərə alaraq işləməyə məcburdur.