Berlində Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov arasındakı müzakirələr cümə axşamı, fevralın 29-da davam etdiriləcək.
Bunu Ermənistan Xarici İşlər Nazirliyi təsdiqləyib.
“Berlində Almaniya xarici işlər nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar davam etdirilib. Müzakirələr planlaşdırıldığı kimi sabah da davam edəcək”, - Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan sosial şəbəkədə bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.
APA xəbər verir ki, bu gün Berlində danışıqlardan sonra Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli görüş davam edir.